Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada güclü qar bir sıra fəsadlar törədib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Yaponiyada güclü qar bir sıra fəsadlar törədib

Yaponiyada güclü qar bir sıra fəsadlar törədib


Yaponiyanın Niiqata şəhərindən Naqaokuya gedən qatarın yüzlərlə sakini güclü qar səbəbindən gecəni vaqonlarda keçirməyə məcbur olublar.

NHK telekanalı xəbər verir ki, güclü qar nəticəsində Sancyo rayonunda dəmir yolunda qalan qatarda 600-ə yaxın sərnişin olub. Qatar aralarındakı məsafə 600 metr təşkil edən iki stansiya arasında dayanıb. Sərnişinlər gecəni qatarda keçiriblər. Onlardan bəziləri qohumlarının evlərinə gediblər. Hazırda qatarda təqribən 430 nəfərin qaldığı bildirilir.

“JR East” şirkətinin operatoru olduğu dəmir yolunun əməkdaşları səhər saatlarında qatarda qalmış sərnişinlərə yemək və su çatdırıblar. Bununla yanaşı, bir neçə nəfərin özünü yaxşı hiss etmədiyi və xəstəxanaya aparıldığı da bildirilir. Şirkət dəmir yolu xəttinin təmizlənməsini davam etdirir.

Bu qatar cümə gününə keçən gecə yolda qalan yeganə heyət olmayıb. Yayılan məlumatlara görə, güclü qar səbəbindən daha bir neçə heyət stansiyalarda dayanmaq məcburiyyətində qalıb və sərnişinlər gecəni vaqonlarda keçiriblər.

Yaponiyanın qərbinə və Yapon dənizi sahillərinə yağan qar bir çox yerlərdə nəqliyyatın hərəkətində ciddi maneələr yaradıb. Sikoku adasında qatar dəmir yoluna düşən ağaca görə hərəkətini dayandırıb. Tokoşima şəhərində yollarda uzun tıxaclar yaranıb. Kyuşu adasında yerləşən Kumamoto aeroportunda reyslər təxirə salınıb, Niiqata aeroportu uçuş-enmə zolağını tamamilə bağlayıb.

Niiqata prefekturasında və Yapon dənizi sahillərində son günlər yağan güclü qar illik normanı bir neçə dəfə üstələyib. Bəzi yerlərdə bir metrə yaxın qar yağıb və qar örtüyünün qalınlığı 2,5 metrə çatıb.

Geri dön