Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TürkPA-nın 3-cü sessiyası keçirilib, Bişkek Bəyannaməsi qəbul olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > TürkPA-nın 3-cü sessiyası keçirilib, Bişkek Bəyannaməsi qəbul olunub

TürkPA-nın 3-cü sessiyası keçirilib, Bişkek Bəyannaməsi qəbul olunub


Türkdilli Ölkələrin Parlament Assambleyasının Bişkekdə keçirilən üçüncü plenar sessiyası başa çatıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Cəmil Çiçək, Nurlan Niqmatulin, Asılbek Jeenbekov və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlament Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İclasa Azərbaycan tərəfindən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Çingiz Qənizadə, Ülvi Quliyev və Sədaqət Vəliyevanın daxil olduqları nümayəndə heyəti qatılıb.

Tədbirdə Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Asılbek Jeenbekov türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və şoxtərəfli formatda əlaqələrin getdikcə dərinləşdiyini qeyd edib.
Sonra Qırğızıstan Prezidenti Almazbek Atambayevin iclas iştirakçılarına təbriki oxunub.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib ki, artıq 3 ilə yaxındır ki, Türkdilli Ölkələrin Parlament Assambleyası təsis edilib.
Assambleya çərçivəsində iş birliyi dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb.
O.Əsədov deyib: “Ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Təşkilatımız dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda və İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyində müşahidəçi statusu almış, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilmişdir”.
Milli Məclisin sədri bildirib ki, indi ölkələrin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq istismara verilib. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına nəql edilir. Digər enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə hazırlıq görülür.
Oqtay Əsədov çıxışını bu sözlərlə bitirib:
“Təəssüf ki, indiyədək həll edilməyən bir sıra münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir, həm də inteqrasiya proseslərinin inkişafına mane olur. Biz əminik ki, bütün münaqişələr, o cümlədən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan ərazi bütövlüyü prinsipi əsasında yaxın gələcəkdə həll ediləcəkdir”.

TürkPA-nın baş katibi Ramil Həsənov qurumun beynəlxalq əməkdaşlığı haqqında ətraflı məlumat verib, qeyd edib ki, ötən müddət ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, bu ölkələrin xarici işlər nazirləri ilə müxtəlif görüşlər keçirilib.

İclasda quruma üzv olan dövlətlər arasında əməkdaşlıq məsələlərinə həsr edilmiş 20-yə yaxın məsələ müzakirə olunub, beynəlxalq əlaqələr, iqtisadiyyat, ticarət və maliyyə məsələləri, social, mədəniyyət, humanitar və hüquq məsələləri komissiyalarının hesabatları dinlənilib.

Sonra Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Qırğızıstan parlamenti Joqorku Keneşin sədri Asılbek Jeenbekov çıxış edib, əlaqələrin dərinləşdirilməsi vacibliyinə toxunublar.

Türkdilli Ölkələrin Əməkdaşlıq şuirasının baş katibi Xəlil Akınçı, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfəriv, deputatlar Sevinc Hüseynova, Çingiz Qənizadə, Əhliman Əmiraslanov və Ülvi Quliyev çıxış edib, müzakirə edilən məsələlərə öz münasibətlərini bildiriblər.

Tədbirdə Katibliyin 2013-cü il üçün büdcəsi də təsdiq edilib.
Sessiyanın sonunda TürkPA-nın 3-cü plenar iclasının yekun sənədi Bişkek Bəyannaməsi qəbul olunub.
Sonra yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Geri dön