Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uzun müddət televizor izləməyin AĞIR FƏSADI-HƏKİM
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Uzun müddət televizor izləməyin AĞIR FƏSADI-HƏKİM

Uzun müddət televizor izləməyin AĞIR FƏSADI-HƏKİM


Uzun müddət televizor izləmək uşaqlarda nitq ləngiməsinə səbəb olur.

Bu sözləri pediatr Altay Abdullaoğlu son illər uşaqlar arasında nitq ləngimələri, kəkələmə və düzgün danışa bilməmə probleminin artmasının səbəbləri barədə danışarkən deyib. O bildirib ki, valideynlər xüsusilə azyaşlı uşaqların televizor qarşısında vaxt keçirmə saatına fikir verməlidir:

“İki yaş yarımlıq uşaq 50 söz deməli, 3-4 yaşında da nitqinin ən azı, yarısı başadüşülən olmalıdır. Uşaq 3-4 yaşına çatdığı halda hələ də danışa bilmirsə, nitq ləngiməsi mövzusu aktuallaşa bilər. İlk öncə, eşitmə testi edilir və əgər nəticə normal çıxarsa, terapiyaçılar uşaqla işləməyə başlayırlar.

Bütün günü televizor izləyən uşaq terapiyalarda olsa belə, inkişaf müddəti yavaşlayır. Uzun müddət televizor izləmək nitqin ləngiməsinə yol aça bilər”

Geri dön