Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda əhali arasında daha çox hansı xəstəliklərin yayıldığı məlum olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda əhali arasında daha çox hansı xəstəliklərin yayıldığı məlum olub

Azərbaycanda əhali arasında daha çox hansı xəstəliklərin yayıldığı məlum olub


Ötən il Azərbaycanda qeydə alınan xəstəliklər arasında tənəffüs, əsəb sistemi, hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalıb.
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
Bununla yanaşı, pedikulyoz, viruslu hepatit B və C, skarlatina, bruselyoz, suçiçəyi, sifilis, ağciyər vərəmi ilə xəstələnənlərin sayında artım müşahidə olunur.
Bundan başqa, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 32,3 min həkim və 54,6 min orta tibb işçisinin çalışdığı 571 xəstəxana və 1760 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 56 orta tibb işçisi düşür.

Geri dön