Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bolnisidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Bolnisidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bolnisidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib


Gürcüstanın Bolnisi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Bolnisi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Azərbaycan və gürcü ictimaiyyətinin numayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bolnisi Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Buba Qobicaşvili çıxis edərək 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. 1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş faciənin sovet imperiyasının 1989-cu il aprelin 9-da Tbilisidə törətdiyi qırğının davamı olduğunu bildirib. Qeyd edib ki, bu cür təzyiqlər xalqlarımızın azadlıq arzusunu boğa bilməmiş, əksinə daha da gücləndirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək faciənin başvermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsinə ilk ən kəskin etirazı ulu öndər Heydər Əliyev edib. Ümummilli Liderimiz bütün təhdid və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib. Məhz ulu öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi, siyasi qiymət verilib.
Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinin ailələrinə diqqət və qayğının göstərilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
D.Həsənov 20 Yanvar hadisəsini təkcə faciə deyil, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixində parlaq səhifə olduğunu bildirib.
Sonra Bolnisi rayonunun Kəpənəkçi kənd 1 nömrəli orta məktəbinin direktoru Ziyadxan Sərdarov, Akaurta kənd orta məktəbinin direktoru Nofəl Əliyev, Kvemo Bolnisi 1 nömrəli orta məktəbinin müəllimi Zakir Məmmədov, Faxralı kənd orta məktəbinin direktoru Cümşüd Gülməmmədov və başqaları çıxış edib 20 Yanvar və 9 Aprel hadisələrindən danışaraq xalqlarımızın ortaq dəyərlərindən söz açıblar.
Bildirilib ki, Gürcüstanda da şəhidlərimizin xatirəsi daim əziz tutulur. 20 Yanvar faciəsi zamanı Gürcüstandan olan soydaşlarımız da şəhid olublar. Onlardan biri də Bolnisi rayonunun Faxralı kənd sakini İlqar Əhmədovdur.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.

Geri dön