Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb
Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb |
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Kocalı şəhərindəki Direktorlar Şurasının 2018-ci il üçün ilk yığıncağı keçirilib.
Yığıncağın gündəliyində ilk məsələ TDBB ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında əməkdaşlıq haqqında Protokolun imzalanması məsələsi olub. Birliyin və Kocalı Böyükşehir bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu, icraçı direktoru Fəxri Çolak çıxış edərək təmsil etdikləri təşkilatın Azərbaycanda yerli özünüidarəetmə orqanları ilə daha geniş və qarşılıqlı əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər. Bildirilib ki, Azərbaycanda əldə edilən sosial-iqtisadi nailiyyətlər, aparılan demokratik-hüquqi islahatlar yaranmış əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. AŞBMA-nın sədri Təmraz Tağıyev son vaxtlar ölkəmizdə yerli özünüidarəetmə sahəsində dövlət qayğısı, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verərək imzalanacaq Protokolun əhəmiyyətindən danışıb. Sonra hər iki təşkilatın rəhbərləri tərəfindən protokollar imzalanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalanıb. Bildirilib ki, Şərqdə ilk dəfə olaraq Cümhuriyyətin Azərbaycanda yaradılması, mövcud olduğu 23 ay ərzində aparılan demokratik islahatlar və müasir Azərbaycanın bugünkü inkişafı barədə TDBB-yə üzv ölkələrin yerli qurumları və ərazilərində olan vətəndaşların geniş şəkildə maarifləndirilməsilə bağlı bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. TDBB-nin Bosniya və Herseqovina dövlətindən olan nümayəndəsi və Sarayevo şəhərinin Noviqrad rayonunun meri Semir Efendiç təmsil etdikləri dövlətdə və bələdiyyənin ərazisində Azərbaycanın bir sıra dövlət orqanlarının və Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələr barədə danışaraq azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsində iştirak etmək arzularını bildiriblər. Yığıncaqda iştirak edən və TDBB-ni təmsil edən bələdiyyə rəhbərləri də çıxış edərək ərazilərində bu il Azərbaycanda Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunacaq tədbirlərin reallaşacağı barədə məlumat veriblər. Qeyd edək ki, yığıncaqda gündəlikdə nəzərdə tutulan digər məsələlərə də baxılıb. Geri dön |