Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq

Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq


Azərbaycanda metanol zavodunun tikintisi bu ilin sonuna kimi tamamlanacaq, növbəti ilin əvvəlindən isə zavodda istehsalatla bağlı hazırlıq işlərinə başlanacaq.

Bunu “APA-ECONOMICS”ə açıqlamasında “Azerbaijan Methanol Company” (AzMeCo) MMC-nin prezidenti Nizami Piriyev bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin iyun ayından zavod tam gücü ilə istehsala başlayacaq: “Zavodun ilkin istehsal gücü 560 min ton nəzərdə tutulur. Təxminən 6 aydan sonra isə bu göstərici 720 min tona çatdırılacaq. Bu da ondan irəli gəlir ki, metanol üçün xammal vasitələrindən olan CO2-nin havaya atılmasının qarşısı alınacaq”.

N.Piriyev qeyd edib ki, CO2 tullantısının havadan tutulması üçün Almaniyadan xüsusi qurğu sifariş edilib: “Qurğunun alınmasına dair müqavilə bu həftə imzalanıb. Təxminən 7 ay sonra qurğu hazır vəziyyətə gətiriləcək. 2012-ci ilin noyabrından isə tam işə düşəcək”.

Xatırladaq ki, 2009-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və «Azerbaijan Methanol Company» MMC (AzMeCo) arasında 120 mln. ABŞ dolları həcmində kredit sazişi və Qaradağ rayonunda 25 ha ərazidə metanol zavodu və aralıq qazları istehsal edən əlavə 5 zavodun (xəttin) inşasına dair niyyət müqaviləsi imzalanıb. Layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. dollar təşkil edəcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.

Birinci mərhələdə inşa olunacaq metanol zavodunun inşası layihəsinin ümumi dəyəri 300 mln. dollardır. Digər zavodlara gəlincə, ikinci 400 mln. dollar, üçüncü 250 mln. dollar, dördüncü 30 mln. dollar, beşinci 100 mln. dollar, altıncı zavod isə 30 mln. dollara başa gələcək.

Qeyd edək ki, AzMeCo şirkəti təbii qazın emalı yolu ilə illik istehsal gücü 720 min ton, gündəlik gücü 600 tona qədər ammoniak, 1 150 tonadək karbomid istehsal edən zavodun tikintisi və istismarının operatorudur. Metanol zavodu sonrakı mərhələlərdə 450 tonadək sirkə turşusu, 500 tonadək dimetil efir, 80 tonadək formaldehid, 40 tonadək melmin istehsal edəcək. Layihəni AYİB-lə yanaşı Azərbaycan Beynəlxalq Bankı, EDC (Kanada) və Qara Dəniz Ticarət və İnkişaf Bankı maliyyələşdirir.

AYİB krediti iki tranşla ayıracaq. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.

Geri dön