Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan diasporu Hollandiyada vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Azərbaycan diasporu Hollandiyada vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə hazırlaşır

Azərbaycan diasporu Hollandiyada vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə hazırlaşır


2010-cu ildə Niderlandda keçirilən parlament seçklərində yerlərin əksəriyyətini qazanan Liberal və Xristian Dempokratlar partiyalarının ümumi razılığı ilə yaradılan, ultra sağçı partiyanın isə dəstək verdiyi koalisiya hökuməti bu yaxınlarda yenidən dağılmışdır.

Əsas mənzil-qərargahı Niderland Krallığının paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkənin baş naziri artıq istefa barədə ərizəsini kraliça Beatriksə təqdim etmişdir. İstefasıya səbəb 2013-cü il üçün ölkə büdcəsinin müzakirəsi olmuşdur. Kraliça baş nazirin istefasını qəbul etmiş və hökumətin buraxıldığını bildirmişdir.
Vəziyyətdən çıxış yolunu yeni parlament seçkilərinin keçirilməsində görən kraliça 2012-ci il sentyabrın 12-də ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini rəsmən bəyan etmişdir.
Azərbaycanın istər xarici, istərsə də daxili siyasətini dəstəkləyən, ölkəmizdə gedən proseslər barədə holland xalqına dürüst məlumat verən deputatların ölkə parlamentində əksəriyyət təşkil etməsində maraqlı olan və krallığın ictimai-siyasi həyatında xüsusi fəallıq göstərən BAK və diasporamızın digər təşkilatları parlament seçkilərində iştirak etmək üçün ciddi hazırlıq görməyə başlamışlar.
BAK seçkiqabağı ölkənin nüfuzlu siyasi partiyalarının təmsilçiləri ilə görüşlər keçirir. Görüşlərdə yeni seçiləcək deputatlara və hökumət üzvlərinə Azərbaycan həqiqətləri, işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyəti, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması, həmçinin ölkəmizdə gedən iqtisadi-siyasi proseslər, Cənubi Qafqaz regionunda həyata keçirdiyi irimiqyaslı layihələr, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə artan nüfuz barədə məlumatlar verilir. Söhbətləşmələrdə yeni seçiləcək deputatların Azərbaycan diasporası ilə gələcək əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılmış, bu istiqamətdə əsas strateji vəzifələr müəyyənləşdirilmişdir.
Xatırladaq ki, Niderland Krallığında gedən proseslərdə Azərbaycan və Türkiyə diasporası birgə fəaliyyət göstərir və lobbiçilik istiqamətində önəmli addımlar atırlar.

Geri dön