Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Repressiya qurbanı Hənəfi Zeynallı - O, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmaqda ittiham edilib
Repressiya qurbanı Hənəfi Zeynallı - O, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmaqda ittiham edilib |
Enter.News akademik Ziya Bünyadovun repressiya qurbanı Hənəfi Zeynallı ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb:
(İstintaq işi № 12493/81) 1988-ci il avqustun 13-də “Elm” qəzetində Azərbaycan SSR Elmlər Akademiyasının (SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı - o vaxt belə adlanırdı) iki əməkdaşının - ədəbiyyat və dilçilik institutunun elmi işçisi Əsgərov Salman Mümtazın (istintaq işi № 12493/278, 2043 №-li məhbus) və tarix, arxeologiya, etnoqrafiya institutunun direktor müavini Xuluflu Vəli Məmmədhüseyn oğlunun (istintaq işi № 12493/80, 703 №-li məhbus) məhkəmə prosesi haqqında materiallar dərc edilmişdir. Azərbaycan SSR EA-nın repressiyaya məruz qalan əməkdaşlarının uzun siyahısında Zeynallı Hənəfi Baba oğlunun da adı vardır. O, 1937-ci il yanvarın 28-dək, yəni həbs olunanadək ədəbiyyat və dilçilik institutunda elmi katib vəzifəsində işləmiş və eyni zamanda həmin institutun dil və ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Zeynallı Hənəfi Baba oğlu 1896-cı ildə Bakıda dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. 6 yaşında ikən yetim qalmışdır. H.B.Zeynallı 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəffəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə (hazırda Moskva ali Texniki İnstitutu adlanır) daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini dayandırmış və 1922-ci ilədək partiya, sovet, ictimai-təşkilati işlərdə çalışmış, müəllimlik etmişdir. 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. H.B.Zeynallı 1922-ci ildə ADU-ya daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə APİ-yə almışdır. 1930-cu ildən dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalışmışdır. 1923-31-ci illərdə Azərnəşrdə işləyərkən o, “Kommunist” qəzeti, “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət”, “Maarif işçisi” jurnallarında əməkdaşlıq etmiş, geniş ədəbi-publisistik yazılarla çıxış etmişdir. H.B.Zeynallı 1930-cu ildən Azərbaycan DETİ-nin ədəbiyyat bölməsində işləyir, folklor qrupuna rəhbərlik edir. 1935-ci ilədək o, V.İ.Leninin əsərlərinin tərcüməçilərindən biri olur. 1934-cü ildə isə SSRİ Elmlər Akademiyası Azərbaycan filialında işə başlayır, folklor bölməsinə rəhbərlik edir və həm də Azəməşrdə redaktor kimi çalışır. H.B.Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı “Azərbaycan atalar sözləri və məsəllər” (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı “Türk ədəbiyyatı üzrə iş kitabı”, folklor, terminologiya və s.-lə bağlı məqalələrin adlarını çəkmək olar. 1937-ci il yanvarın 28-də Zeynallı Hənəfi Baba oğlu Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olundu. O, Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edildi və günahlandırıldı, ondan ötrü ki: 1. 1917-ci ildə eserlər partiyasının üzvü olmuşdur. 2. 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlamış və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşmışdır. 3. 1929-cu ildə və sonrakı illərdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə Çobanzadə ilə sıx əlaqədə olmuşdur. 4. Özünün praktik elmi işlərində əksinqilabi millətçi ideologiyanı yazmışdır. 1937-ci il yanvarın 28-dəcə H.B.Zeynallı SSRİ Elmlər Akademiyası Azərbaycan filialında “bütün vəzifələrdən kənar edildi”. H.B.Zeynallı ilə aparılan birinci istintaq 3 gün - 1937-ci il yanvann 29- dan 31-dək davam etmişdir. Onu əksinqilabçı və millətçi Haşım Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Atababa Musaxanlı, Cabbar Əfəndiyev, Əhməd Hacınski, Məmmədsadıq Quliyev, Əliabbas Mütəllibov, Böyükağa Talıblı, Əli Nazim, Vəli Xuluflu, Mikayıl Rəfili, Həsən İmanov, Salman Mümtaz, Əhməd Triniç, Cavad Bağırov, Xəlil İbrahimov, Rəşad Yusifzadə, Cavad Mövsümzadə ilə əlaqədə olduğuna görə ittiham etmişdilər. Lakin müttəhim bu ittihamı rədd etmişdir. Fevralın 3-də H.B.Zevnallı özünün hansısa antisovet təşkilata məxsusluğunu boynuna almır. Bu zaman müstəntiq təkidlə deyir: “Düzgün ifadə verin, bəsdirin, müqavimət göstərməyin”. H.B.Zeynallı yenidən hər şeyi rədd edir. Lakin sonrakı istintaqda (fevralın 4-də) müttəhim deyir: “Bəli, mən əksinqilabi kitablar alırdım, bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, imran Babayevi də bəmin təşkilata cəlb etmişdim, bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm, bəli, mən Türkiyəyə meyl etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim”. Fevralın 9, 10 və 11-də H.B.Zeynallı etiraf etmişdir ki, o, əksinqilabi təşkilata R.Axundov tərəfindən cəlb olunmuşdur. “1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər almış, türk ziyalıları arasında işi genişləndirərək, onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirmişdi”. H.B.Zeynallı fevralın 13 və 14-də “etiraf etmişdir” ki, əksinqilabi təşkilata: Gəncədə - RXMŞ müdiri Namazovu, RXMŞ inspektoru Əhməd Əhmədovu və müəllim Məmməd Quliyevi, Tovuzda - RİK sədri Salmanovu və texnikumun müəllimi Biləndərlini, Şamxorda - RXMŞ müdiri Qurbanovu və klub müdiri Xəlilovu, Bakıda Ticarət İnstitutunun müəllimi Hacıkərim Sanılını, Mikayıl Müşfiqi və Dəmirçizadəni, yazıçı Cahanbaxışı, riyaziyyat müəllimi Məcid Abdullayevi, tarix müəllimi Qafur Əfəndiyevi və aspirant Həmid Araslını cəlb etmişdir. Adı çəkilən axırıncı şəxs müttəhimi məlumatlandıraraq deyirdi ki, APİ tələbələri arasında əksinqilabi əhval-ruhiyyəli şəxslər toplasın və özü də təxribatçılıq və ziyankarlıqla məşğul olsun. Sonradan o, “xatırlamışdı” ki, Gədəbəydə RXMŞ inspektoru Şahmuru, müəllim Axundovu, habelə Dəstəfurda müəllim Əliyevi də bu işə cəlb etmişdir. 1937-ci il fevralın 16-da H.B.Zeynallı terrorda, casusluqda və təxribatçılıqda əli olduğunu “boynuna almışdır”: fevralın 20-də ZSFSR-in ləğv edilməsi. SSRİ-dən tam ayrılmaq şərti ilə Azərbaycan SSR-in yaradılması məsələləri üzərində ciddi işləmişdir. H.B.Zeynallının istintaq işindən məlum olur ki, “Türkiyənin mövqeyindən çıxış edərək Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və İran Azərbaycanı ilə birləşmək məsələsini irəli sürən nərimanovçular qrupu da varmış”. Bu qrupa Dadaş Bünyadzadə, Baba Əliyev, Yusif Məlikov, Bağı Cavari, Teymur Əliyev, Mustafa Quliyev, Novruz Rzayev, Böyükağa Talıblı, Mövsüm Qədirli, Ağahüseyn Kazımov, Muxtar Hacıyev, Soltan Məcid Əfəndiyev, Tağı Şahbazi, Həmid Sultanov, Məmməd Səid Ordubadi, Yusif Qasımov, Mirzağa Əliyev, İsmayıl Zeynalov, Əyyub Xanbudaqov, Hacıağa Abbasov, Əzim Əzimzadə, Əzim Dadaşov, Vəli Xuluflu, Məmməd Biləndərli daxil idilər. Fevralın 26-da H.B.Zeynallı yenidən “etiraf edir” ki, o, SSRİ EA-nın Azərbaycan filialında Ruhulla Axundov tərəfindən yaradılan əksinqilabi təşkilatın üzvü olmuşdur. 1937-ci il mayın 5-10-da H.B.Zeynallı Azərbaycanda dövlət çevrilişi ilə əlaqədar istintaq edilir. O, “etiraf edir ki”, bu çevriliş SSRİ-nin kapitalist dövlətləri ilə müharibəyə başladığı bir vaxtda olmalı idi. 1937-ci il mayın 10-15-də H.B.Zeynallı əksinqilabi təşkilatın üzvlərinin siyahısını “dəqiqləşdirir”. Mayın 25-29-da müttəhim bu istintaq işindən keçən professor B.V.Çobanzadə ilə olan əlaqəsini də “açıb söyləyir”. İyunun 22-də H.B.Zeynallı neft sənayesinə vurulan ziyankarlıq və təxribatçılıqda əli olduğunu “bildirir”. Avqustun 26-da H.B.Zeynallı, L.P.Beriya və M.C.Bağırovun öldürülməsinə görülən hazırlıq barədə, həm də axırıncının MK binasının yanında, tində yaxud MX ilə Xalq Komissarları şurası binaları arasında, ya onun neft rayonlarının birinə gedərkən, yaxud MK binasının önündəcə “aradan götürməyi” nəzərdə tutduqlarını danışır. Sentyabrın 2-də müstəntiq H.B.Zeynallını ittiham edir: ondan ötrü ki, müttəhim “əksinqilabi təşkilatın üzvü kimi əksinqilabçı iş aparmış, ziyan karlıq törətmiş, terror mövqeyində dayanaraq L.P.Beriya və M.C.Bağırov yoldaşlara qarşı hazırlanan terrorçu aktlardan xəbərdar olmuşdur”. Sentyabrın 20-də müstəntiq H.Zeynallını yenidən ittiham edir: ondan ötrü ki, o, Ruhulla Axundovun rəhbərliyi altında elm cəbhəsində də ziyanlı işlər aparmışdır. Orta təhsil müəssisələri üçün dil və ədəbiyyat üzrə dərsliklərin müntəzəm buraxılışına mane olmuşdur; Azərbaycan ədəbiyyatı klassiklərindən M.F.Axundovun əsərlərinin və “Molla Nəsrəddin”in nəşrini bilərəkdən saxlatdırmışdır; inqilabi folklor tərəfdarlarının əsərlərinin toplanmasını dayandırmış, əvəzinə Koroğlu materiallarını toplamışdır, çünki məhz burada o, təşkilatın Azərbaycanm müstəqilliyi haqqında “ideyasını” əks etdirməli idi; başdan-başa ziuyanlı terminologiya və orfoqrafiya tərtib etmiş və onu ziyalıalr arasında yaymışdır”. H.B.Zeynallı: “Azərbaycan SSR CM-nın 73, 64, 69, 17-70-ci maddələri üzrə özümü tam günahkar hesab edirəm”. İşdə Zeynallının Sovet hökumətinə qarşı düşmən fəaliyyətinin “ifşa edən” digər müttəhimlərin ifadələri də var idi. Hüseynov Mikayıl Namaz oğlunun ifadəsindən aydın olur ki, 1933-cü ildə “Azərbaycan millətçi partiyası” yaradılmışdır. Onun tərkibinə aşağıdakı şəxslər daxil idilər: Əhməd Trinç – Azərnəşrin direktoru. Əli Kərimov - Azərbaycan Dövhc Dram Teatrının direktoru. Hənəfi Zeynallı - SSRİ EA Azərbaycan filialının əməkdaşı. Vali Xuluflu -ASE-nin direktor müavini. Balabəy Həsənbəyov - ADU-nun rektoru. Baba Əsgərov - partiya tarixi institutunun əməkdaşı. Rahim Həsənov - partiya tarixi institutunun direktor müavini. Məmməd Cuvarlinski - Xuxa Şəhər Partiya Komitəsinin katibi. Qənbər Sadıqov - Torpaqşünaslıq elmi-tədqiqat institutunun direktoru. Hüseyn Məmmədov - Marksizm-Leninizm institutunun partiya təşkilat katibi. Daşdəmir Bünyadzadə - Marksizm-Leninizm institutunun müavini. İsmayıl Cəmılov - Az. K(b)P Xuxa Şəhər Komitəsinin işçisi. Kazım Ələsgərov - Siyasi ədəbiyyat nəşriyyatının direktoru. Həmid Sultanov - Xalq kommunal təsərrüfatı komissarı. Əsgər Fərəczadə - Dövlət plan komitəsinin sədri. Əyyub Xanbudaqov - Zaqafqaziya daxili ticarət komissarlığının məsul işçisi. Dadaş Bünyadzadə - Zaqafqaziya xalq torpaq komissarı. Mirzə Davud Hüseynov - Zaqafqaziya xalq maarif komissarı. Həsən Səfərov - Az. KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri. Əhməd Kazımov - partiya tarixi institutunun əməkdaşı. Əsgər Eyvazov - Azəbaycan SSR xalq komissarları şurası sədrinin müavini. Saleh Güllücanski - Azərbaycan AKTMİ-nin direktoru. İbrahim Eminbəyti - qiavlitin rəisi. Soltan Məcid Əfəndiyev -Az. MİK-in sədri. Adil Həsənov - Xalq maarif komissarının müavini. Bəşir Səfərov - K.İsmayılov RİK-in sədri. Bala Əfəndiyev - Azərbaycan K(b)P Zaqatala Rayon Komitəsinin katibi. Həmid Yaqubov - Respublika prokuroru. Yusif Cəfərov - Azərbaycan K(b)P Qonaqkənd Rayon Komitəsinin katibi. Heydər Vəzirov - Azərbaycan SSR xalq torpaq komissarı. Rzayev - Azərbaycan K(b)P Samux Rayon Komitəsinin katibi. 1937-ci il sentyabrın 20-də istintaqın başa çatması haqqında protokol tərtib olundu. Buraya H.B.Zeynallı “heç bir əlavə etmədi”. 1937-ci il oktyabrın 5-də Azərbaycan SSR-in xalq daxili işlər komissarı Sumbatov - Topuridze H.B.Zeynallının Azərbaycan SSR CM-nin 73, 64, 69 və 70-ci maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirildiyi üçün 12.493/81 nömrəli işə verilmiş ittihamnaməni təsdiq edir. Burada deyilirdi: “1936-cı ilin sonunda Azərbaycanda əksinqilabı trotskiçi-zinovyevçi təşkilat aşkar edilmiş və tamamilə dağıdılmışdır. Təşkilatın əsas vəzifəsi ziyanvericilik, casusluq, partiya və dövlət rəhbərlərinə qarşı terrordan istifadə etmək, silahlı üsyan hazırlamaq yolu ilə Azərbaycam SSRİ-dən ayırmaq idi. H.B.Zeynallı ittiham edilirdi ondan ötrü ki: 1. 1934-cü il dekabrın 1-də Kirovun xaincəsinə öldürülməsini həyata keçirən və sonrakı illərdə (1934-1937) partiya və hökumət rəhbərlərinə qarşı terrorçu aktlar hazırlayan əksinqilabi trotskiçi-zinovyevçi terrorçu təşkilatın üzvü idi. 2. 1925-ci ildən əksinqilabi pantürkist təşkilatın tərkibinə daxil idi, bu təşkilatın üzvü Çobanzadə ilə əlaqə saxlamış və həbs olunan günədək partiyaya və Sovet Hakimiyyətinə qarşı barışmaz mübarizə mövqeyində durmuşdur. 3. 1934-cü ildə əksinqilabi millətçi təşkilatın tərkibinə daxil idi, hansı ki, onun rəhbərlərindən biri olan R.Axundov tərəfindən bu təşkilata cəlb edilmişdir və rəhbərlik ilə təşkilati əlaqə saxlamışdır. 4. Azərbaycanın ayrı-ayrı rayonlarında əksinqilabi əhval-ruhiyyəli adamları millətçi təşkilata cəlb edərək silahlı üsyanın hazırlanması sahəsində fəal iş aparmış, əhali arasında üsyançı əhval-ruhiyyəsi yaymışdır. 5. Terrorçu mövqeyində dayanmış, ÜİK(b)P ZAQ katibi Beriya və AK(b)P MK katibi M.C.Bağırova qarşı hazırlanan terror aktlarının işlənib hazırlanmasında və ayrı-ayrı variantların müzakirəsində fəal iştirak etmişdir. 6. SSRİ EA Azərbaycan filialının ədəbiyyat və dilçilik institutunda işləyərkən elm cəbhəsində də ziyanlı fəaliyyət göstərmişdir. Yəni Azərbaycan SSR CM-nin 73, 64, 69 və 70-ci maddələrində nəzərdə tutulan cinayətlərdə günahlandırılır. H.B.Zeynallı özünün günahkar olduğunu tamamilə etiraf edir”. 1937-ci il oktyabrın 11-də Ali Məhkəmənin Kollegiyası qərara alır; 1. H.B.Zeynallmın işi məhkəməyə verilsin. 1. İşə bağlı məhkəmə iclasında, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılsın. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyası Səyyar sessiyasmın (Matuleviç, Zaryanov, Jiqur) bağlı məhkəmə iclası oldu. İclas saat 16:25 dəqiqədə başlandı. H.B.Zeynallı: “Özümü tam günahkar hesab edirəm, tam təslim olur və mərhəmət diləyirəm”. İclas saat 16:40 dəqiqədə qurtardı. Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını ən ağır cəzaya - güllələnməyə məhkum etdi. SSRİ MİK-in 11.12.1934-cü ildən qüvvədə olan qərarına görə heç bir şikayət qəbul edilmir və hökm dərhal yerinə yetirilməlidir”. Zeynallı Hənəfi Baba oğlunun güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra edildi. İstintaq işinin 392-ci səhifəsinə bu barədə arayış tikilmişdir. 1955-ci il aprelin 6-da Dövlət Təhlükəsizlik Komitəsinin sədri H.B. Zeynallının həyat yoldaşı Şərifova Səyyarə Səttar qızının ərinin işinə yenidən baxılması xahişi ilə əlaqədar ərizəsini almışdır. S.Şərifova özü də xalq düşməninin həyat yoldaşı olduğuna görə 8 il müddətinə həbsdə saxlanılırdı. 1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi. Geri dön |