Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Diaspor > 20 Yanvar şəhidlərinin xatirəsi Vyanada da yad edilib
20 Yanvar şəhidlərinin xatirəsi Vyanada da yad edilib |
Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin qərargahında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək, 28 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələrinin mahiyyəti barədə məlumat verib. Qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ən faciəli və ağır günlərdən biri olmaqla yanaşı, eyni zamanda, qürurverici günlərdən biridir. Sovet ordusu həmin vaxt dinc əhaliyə amansız divan tutmaqla Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi, əksinə, bu arzu və istəyi daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi. Səfir bildirib ki, 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik qoşunu Bakıda dinc əhalinin üzərinə yeridən SSRİ hakim dairələri əhaliyə qarşı görünməmiş vəhşiliyə əl atdı. Fövqəladə vəziyyət elan etmədən, öz azadlıq və insan haqlarını tələb edən dinc əhali üzərinə silahlanmış ordu yeridilərək qatı cinayət törədildi. Televiziyanın enerji blokunun partladılması ilə ölkədə informasiya blokadası yaradıldı. Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq Heydər Əliyev ucaltdı, bu vəhşiliyi qətiyyətlə pislədi və onun başvermə səbəblərini açıqladı. Q.İsrafilov çıxışının yekununda qeyd edib ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız hər il Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrini, öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan insanların göstərdiyi fədakarlığı böyük ehtiramla yad edir. Səfir Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətdə “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb. “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb, həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Sonra mərasimdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının ruhuna Quran oxunub, ehsan süfrəsi açılıb. Elgün Niftəli Geri dön |