Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: “Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir!”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Deputat: “Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir!”

Deputat: “Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir!”


Türkiyə ordusu Suriyada hərbi əməliyyata başlayıb. Bu, qardaş ölkənin təbii haqqıdır. Çünki bu əməliyyat həyata keçirilməsə, PKK, PYD və YPG kimi terrorçu təşkilatlar Suriya üzərindən Türkiyəyə hücumlar edəcək və insanları qətlə yetirəcək, necə ki, illərdir bu çirkin əməllərindən əl çəkmirlər.

Bu barədə açıqlamasında Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinün üzvü Adil Əliyev Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatından bəhs edərkən deyib.

“Elə günü bu gün Türkiyənin Reyhanlı qəsəbəsi terrorçular tərəfindən raket atəşinə tutulub, ölən və yaralananlar var. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq özünü qoruyur. Kimsə bu hüququ Türkiyənin əlindən ala bilməz. Təsadüfi deyil ki, heç bir dövlət Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın əleyhinə çıxmayıb. Bu yekdillik ondan xəbər verir ki, Türkiyənin məqsədinin Suriyanı parçalamaq olmadığını hamı anlayır. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır və türk ordusunun bu ərazini terrorçulardan təmizləməkdə məqsədi həm də qonşu ölkənin təhlükəsizliyinə dəstəkdir. Odur ki, təhlükə sovuşduqdan və terrorçulara zərbələr endirildikdən sonra Türkiyə ordusu həmin əraziləri tərk edəcək və həmin ərazilər böyük ehtimalla Azad Suriya Ordusunun nəzarətinə keçəcək. Ötən dəfə həyata keçirilən əməliyyat da oxşar ssenari üzrə həyata keçirilmişdi.
Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır, bunu son əməliyyatlarla bağlı Azərbaycan XİN-dən verilən açıqlama da sübut edir. Başqa cür ola da bilməz. Qardaş Türkiyənin terrorçularla mübarizəsini, bölgədə sabitlik yaratmaq səylərini dəstəkləyirik. Elə bizim də erməni separatçılarıyla mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir. Tanrı orda da , burda da hərbçilərimizi qorusun!”, - deyə Adil Əliyev vurğulayıb.

Geri dön