Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nikaha daxil olmaq istəyənlərin müayinəsilə bağlı daha bir TƏKLİF
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Nikaha daxil olmaq istəyənlərin müayinəsilə bağlı daha bir TƏKLİF

Nikaha daxil olmaq istəyənlərin müayinəsilə bağlı daha bir TƏKLİF


Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə olunduğu xəstəliklərin sayının artlırılması, hepatit B və hepatit C-nin də müayinəsi icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.

M.Quliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsi təklifi səsələndirib:

“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C xəstəliklərinin də müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.

Geri dön