Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi > Fəzail İbrahimli Rəşad Məcidin təklifini DƏSTƏKLƏDİ
Fəzail İbrahimli Rəşad Məcidin təklifini DƏSTƏKLƏDİ |
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilib. Bu il bir sıra ictimai təşkilatlar, dövlət müəssusələri, eləcə də mətbuat nümayəndələri tədbirlər həyata keçirir, müxtəlif təkliflər hazırlayırlar.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin yeni təklifi ilə bağlı məlumat vermişdik. Baş redaktor “ Sahil bağı”nın adının dəyişdirilib “ Cumhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış etmişdi. Baş redaktorun sözlərinə görə, “ Sahil bağı” insanların yadına xalqımıza xəyanət edən 26 Bakı komissarını salır. “Nəzər yetirsək görərik ki, yaşlı nəsil hələ də “Sahil” bağına “26-lar bağı” deyir”. Məsələ ilə bağlı danışan tarixçi alim, deputat Fəzail İbrahimli Rəşad Məcidin təklifini yüksək qiymətləndirib: “ Bəli, “Sahil” bağı vaxtilə xalqımızın, millətimizin başına oyun açan, qanını soran 26 Bakı komissarının adı ilə adlandırılıb. Ümumiyyətlə, “ Sahil” bağının məntiqi mənası dənizin sahili deməkdir. Amma ona “ Cumhuriyyət bağı” adı verilərsə, bu bir növ uzun müddət tariximizdə olan ləkənin konpensasiyası olar. Mən bu məsələni belə dəyərləndirərdim. Mən bu təklifi dəstəkləyirəm və müsbət təklif kimi baxıram”. Geri dön |