Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Avropada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərinin xatirəsini anıblar


Benilüks Azərbaycanlıları Konqresində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə Avropa Azərbaycanlıları Konqresinə daxil olan diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.

Tədbir iştirakçıları 20 Yanvar tarixinin Azərbaycan xalqı üçün ağrılı və hüznlü olduğu qədər şərəfli bir gün olduğunu qeyd ediblər. 150-yə yaxın günahsız insanın vəhşicəsinə qətlə yetirilməsinə, 1000-ə yaxın insanın yaralanmasına baxmayaraq, Azərbaycan xalqının öz haqq yolundan geri dönməməsi xüsusi vurğulanıb. Bugünkü müstəqilliyimizin 20 Yanvar şəhidlərinin canı, qanı bahasına qazanıldığı bir daha diqqətə çatdırılıb.

Diaspor nümayəndələri vurğulayıblar ki, dəfələrlə üzləşdiyi soyqırımı faktları, haqsızlıqlar Azərbaycan xalqını müstəqillik yolundan usandırmayıb, əksinə mübarizlik əzmini daha da gücləndirib. Bu gün isə biz diaspor olaraq şəhidlərimizin ruhunu şad etmək üçün daha çox çalışmalı, dövlətimizi daha yüksək səviyyədə təmsil etməli, düşmənə qarşı daha səmərəli mübarizə aparmalıyıq.

İspaniyanın Barselona şəhərində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Barselonadakı Azərbaycan Cəmiyyətinin (“Azerbaijani Society in Barcelona” - ASB) təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ASB sədri Kərim Kərimov 20 Yanvar hadisələri haqqında danışaraq, müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu qeyd edib.

Daha sonra Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz, Çiçək Zalova və Nizami Namazov da çıxış ediblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Geri dön