Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > "Yaxşı Cazibə"nin finalına təpkilər böyüyür.
"Yaxşı Cazibə"nin finalına təpkilər böyüyür. |
Atilla Kaya: “Bu, Türkiyə-Azərbaycan birliyini sabotaj etmək istəyənlərin cəhdidir”
Novella Cəfəroğlu: “Filmin finalı yenidən çəkilməlidir, ssenarist qələt edib, başını daşa döyüb” Türkiyədə yayımlanan "Yaxşı Cazibə" serialının finalında 92 bölüm boyunca müsbət xarakterizə edilən "azərbaycanlı Cazibə" obrazının birdən-birə maskalanmış fırıldaqçı obrazında təqdim edilməsi istər Türkiyə, istərsə də Azərbaycan mediasında geniş rezonans doğurub. Hər iki ölkənin ən nüfuzlu və tirajlı media qurumları bu məsələyə önəm verib, müvafiq materiallar hazırlayıblar. Yazılarda serialdakı bu gözlənilməz dəyişikliyin, "U" dönşünün sirri mümkün qədər çözülüb. Bununla belə, bu, qanedici görünmür. Bu sayaq tədimetməni Azərbaycan qadınıın reputasiyası üçün təhqiramiz sayan bir sıra tanınmış adamlar müxbirimizə öz fikirlərini açıqlayıblar. MHP-li millət vəkili Atilla Kaya “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu, Türkiyə-Azərbaycan birliyini, qardaşlığını sabotaj etmək istəyənlərin cəhdidir. Müsahibimiz dedi ki, Azərbaycan və Türkiyə tamaşaçısını bu dərəcədə maraqlandıran bir serialda maksimum həssas davranmaq lazım idi: ”Belə bir şeyi qəbul etmək mümkün deyil. Amma Türkiyə seriallarında zaman-zaman tarixi qəhrəmanları, onların həyatını təhrif edən məqamlar olur. Ona görə də hesab edirəm ki, bu kimi qeyri-ciddi seriallara əhəmiyyət verməmək lazımdır. Amma bununla yanaşı, bu halı qınayıram, onun bir daha təkrarlanmamasını istəyirəm”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sözügedən serialın finalından təsirləndiyini dedi. Onun sözlərinə görə, buna həm bir qadın, həm də azərbaycanlı kimi çox üzülüb: ”Bu necə olar? Əgər şirkətin azərbaycanlı rol ifaçısı olan aktrisa ilə problemi var idisə, ondan intiqam almaq istəyirdisə, niyə bizim milləti təhqir edirdi? Nə ixtiyarla əvvəldən axıra qədər yaxşı obraz kimi təqdim etdikləri bir qadını sonra dələduz, əxlaqsız kimi qələmə verdilər? Axı bütün serial boyu o, evdar, sadə, sadiq, bacarıqlı bir xanım idi. Birdən-birə onun simasını dəyişmək həm tamaşaçıya, həm də Azərbaycana qarşı sayğısızlıqdır”. N.Cəfəroğlu bu duruma kəskin şəkildə etiraz etdiyini və bu etirazın davamlı olacağını dedi. Müsahibimizin fikrincə, final yenidən çəkilməlidir: ”Bir aktrisa ilə şirkətin intriqası varsa, bunu başqa yolla həll etməlidyilər. Barəmizdə belə rəy yaratmaqla qələt edirlər, başlarını da daşa döyürlər”. Geri dön |