Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqlarda oynaq ağrıları – diqqət yetirilməsi vacib olan əlamətlər…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Uşaqlarda oynaq ağrıları – diqqət yetirilməsi vacib olan əlamətlər…

Uşaqlarda oynaq ağrıları – diqqət yetirilməsi vacib olan əlamətlər…


Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır. Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalarla da bağlı ola bilər. Eyni zamanda, səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Həkim deyib: “Ağrılar bilavasitə, oynaq strukturunda-sinovel qişa, kapsula, sümüklər, bağlar və pereartikulyar toxumada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Oynaq qığırdağı sinir və damara malik olmadığı üçün, onun izolya olunmuş zədələnməsi ağrı ilə müşayiət olunmur.

Ağrıların fizioloji proseslərlə bağlılığı əsasən 6-11 yaşlı uşaqlarda müşahidə edilir. Uşaqlar çox vaxt baldır və budda olan əzələ ağrılarından şikayət edirlər. Onların diz oynaqlarından olan şikayətləri isə əsasən gündüz fiziki fəallıqdan sonra artaraq, gecələr də davam edir. Bu səbəbdən uşaq gecə yuxusundan sonra, səhər xoş əhval-ruhiyyədə olmur və özünü pis hiss edir.

Mübadilə pozğunluqları ilə bağlı ağrılar 6 yaşdan yuxarı uşaqlar üçün xarakterikdir. Bu ağrıların lokalizasiyanın olduğu yer əksər hallarda diz və aşıq-topuq oynaqları olur. Bu ağrılar tez-tez şokolad, kakao, paxlalı bitkilər yedikdən sonra güclənərək stress və psixi gərginliklə bağlı səbəblərdən meydana çıxır və gecələr daha da intensivləşir. Səhər oyandıqda isə uşaq özünü gümrah hiss edir.

Digər səbəb - infeksiya ilə bağlı oynaq ağrılarında oynaqların şişməsi, qızarması, hərəkət məhdudluğu da meydana çıxa bilər.

Hər bir halda oynaq ağrıları zamanı dəqiq anamnezin, yəni xəstəliyin tarixçəsini dəqiqləşdirmək vacibdir. Bununla yanaşı qanın ümumi analizi, kəskin iltihab göstəriciləri (ASO, SRP) bəzən spesifik analizlər, oynağın rentgeni, kompüter tomoqrafiyası, lazım gəldikdə isə MRT müayinəsi aparılmalıdır”.

Geri dön