Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vəkillər Kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunda hüquqi rəy verib
Vəkillər Kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunda hüquqi rəy verib |
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin Konstitusiyanın bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin dəvəti ilə Vəkillər Kollegiyasının nümayəndəsi mütəxəssis qismində Plenumun iclasında iştirak edib. Plenumun iclasından sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakimləri, Vəkillər Kollegiyasının rəhbərliyi – sədr Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev ilə görüş keçirilib. Görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladzeyə ölkəmizdə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunduğu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib. Fərhad Abdullayev tədbirdə çıxış edərək qeyd edib ki, fəxri diplomun təqdim olunması çox qürurvericidir. Bu, dövlətimizin başçısı tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisi olmaqla yanaşı, Məhkəmənin üzərinə daha böyük məsuliyyət qoyur. Sədr bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı gündən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və fəaliyyətini təkmilləşdirməklə məsuliyyətli işini daim həyata keçirməyə çalışır. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Konstitusiya Məhkəməsinin hakimlərinə Kollegiyanın fəaliyyəti və qarşısında duran məsələlər haqqında məlumat verib. O, Konstitusiya Məhkəməsi ilə Vəkillər Kollegiyası arasında hüquqi əməkdaşlığın əhəmiyyətini qeyd edib. Ölkəmizdə hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə görə və 70 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar Hüquqşünas Rafael Qvaladzeyə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təltif edildiyi “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim olunub. Anar Bağırov yubilyara möhkəm cansağlığı və peşə fəaliyyətində uğurlar arzulayıb. Görüşün sonunda sədr Fərhad Abdullayev Vəkillər Kollegiyasının üzərinə düşən vəzifələrin həyata keçirilməsində və gələcək fəaliyyətində Konstitusiya Məhkəməsinin hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. Söhbət zamanı, həmçinin Konstitusiya Məhkəməsinin fərqli hüquqi sahələrdə təcrübəsi ilə bağlı məsələlər müzakirə olunub. Geri dön |