Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için - FƏRQİ GÖRƏCƏKSİNİZ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için - FƏRQİ GÖRƏCƏKSİNİZ

Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için - FƏRQİ GÖRƏCƏKSİNİZ


Arıqlamaq üçün ən təsirli qarışımlardan biri soğan ilə hazırlanan qarışımdır. Sizə faydalı soğan qarışımını təqdim edirik.

Sağlamlıq baxımından saysız faydası olan soğan metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Bundan pəhriz və məşq proqramlarında çox istifadə edilir. Çünki bədəndə yaranan yağlanmanı azaldaraq, arıqlamağa kömək edir. Lakin adətən soğanın özü deyil, suyu istifadə edilir. Lent.az xəbər verir ki, səbəbi isə soğanın içərisindəki faydalı enzimlərin kəsildikdən sonra itməsidir. Buna görə soğan suyu ilə hazırlanan qarışım arıqlamağa daha çox kömək edir.

Soğan suyu qarışımı

Lazım olanlar:

- 1 ədəd qabıqlı soğan

- 2 stəkan su

Hazırlanması:

Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Hazırladığınız qarışımı süzün və yeməklərdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizi, həm də metabolizmanın sürətli işləməsini təmin edəcək.

Geri dön