Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb

Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 97 qərar qəbul edib.
Bu barədə AİHM-ın “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 679 ərizə təqdim olunub. Onların 210-u qəbul olunmayıb, 97-si üzrə qərar çıxarılıb.
2016-cı illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 ərizə təqdim edilib, onların 136-sı qəbul olunmamış, 50-si üzrə isə qərar çıxarılıb.
2017-ci ildə 168 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.

Geri dön