Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ketrin Eşton: "İran seçim etməlidir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ketrin Eşton: "İran seçim etməlidir"

Ketrin Eşton: "İran seçim etməlidir"


Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik tədbirləri üzrə ali komissarı Ketrin Eşton bildirib ki, İranla 5+1 ölkələri arasında yüksək səviyyədə nüvə danışıqları müvəqqəti olaraq dayandırılıb, lakin tərəflər danışıqların yeni raundu üçün kifayət qədər ümumi əsasların olub-olmadığını müəyyənləşdirmək üçün gələn ay görüşəcəklər. Eşton iyulun 3-də İstanbulda keçirilməsi planlaşdırılan ekspertlər səviyyəsində görüşdən sonra danışıqların bərpa olub-olmayacağına qərar vermək üçün İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili ilə əlaqə saxlayacağını deyib.

"Seçim İranındır. Biz İrandan diplomatik iş görmək, konkret etimad yaradan addımlar atmaq və beynəlxalq ictimaiyyətin narahatlıqlarını nəzərə almaq niyyətində olub-olmadığına dair qərar verməsini gözləyirik. Cənab Cəlili və mən bildirdik ki, heç kim danışıq xatirinə danışıq istəmir. Fakt budur ki, İran ilk dəfə əsas olana başladı, lakin hələ getməli çox uzun yol var", - Ketrin Eşton belə deyib.

Avropa Birliyinin nümayəndəsi Moskvada İranın nüvə proqramına dair 5+1 ölkələri ilə 2 gün davam edən danışıqlardan sonra bu açıqlamanı verib. Səid Cəlili isə Moskva danışıqlarını "ciddi" adlandırıb, lakin uran zənginləşdirilməsinin İranın ayrılmaz hüququ olduğunu təkrar edib. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü - Rusiya, Fransa, Çin, ABŞ, Böyük Britaniya ilə Almaniya bir daha İrandan öz nüvə fəaliyyətini, uranın 20 faizədək zənginləşdirilməsini, nüvə materiallarının ixracatını dayandırmağı, eləcə də Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə yeraltı zavodu bağlamağı tələb edib. İran isə, öz növbəsində, sanksiyaların aradan qaldırılmasında və özünün uran zənginləşdirmək hüququnun tanınmasında təkid edib və Moskva görüşü də bundan əvvəlki İstanbul və Bağdad görüşləri kimi nəticəsiz qalıb.

Bu arada, Fransa Tehran öz mübahisəli nüvə proqramına dair ciddi müzakirələr aparmayanadək İrana qarşı sanksiyaların sərtləşdirilməli olduğunu bəyan edib. Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Avropa Birliyi daha əvvəl razılaşdırdığı və iyulun 1-dən qüvvəyə minəcək neft embarqosunu tam tətbiq etməlidir.

Geri dön