Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb
İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb.
ADU-dan bildirilib ki, mərkəzi bu universitet maddi-texniki baza və tədris materialları ilə təchiz edəcək. İndoneziyada işgüzar səfərdə olan ADU-nun elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor Həbib Zərbəliyevin sözlərinə görə, mərkəz ümummilli lider Heydər Əliyevin, Prezidenti İlham Əliyevin, görkəmli yazıçı və şairlərimizin portretləri, dövlət atributları – bayraq və gerbimiz, Azərbaycan multikulturalizmi haqqında məlumatları özündə əks etdirən kitab və şəkillərlə təmin olunub. Mərkəz universitetin fundamental kitabxanasının binasında yerləşir. İndoneziya Universiteti Azərbaycan ilə bağlı tədbirlərin və görüşlərin keçirilməsi üçün mərkəzi böyük zalla təmin edib. Mərkəzə ADU-nun bir müəlliminin rəhbərlik etməsi, həmçinin növbəti tədris ilindən həmin universitetdə Azərbaycan multikulturalizmi fənninin tədris olunması nəzərdə tutulub. Səfər çərçivəsində H.Zərbəliyev İndoneziya Universitetinin tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta, kitabxananın müdiri Fuad Qani və bu ölkənin Bandunq şəhərində təcrübədə olan azərbaycanlı tələbələrlə görüşüb. Bildirilib ki, Azərbaycan mədəniyyəti mərkəzi və ADU-dakı İndoneziya Araşdırmalar mərkəzinin əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi və əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək. ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalamaq haqqında razılıq əldə olunub. Sənəddə iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim mübadiləsi, birgə elm-tədqiqat işlərinin aparılması əksini tapacaq. Səfər çərçivəsində, həmçinin H.Zərbəliyev Pacacaran Universitetinin rektoru, professor Tri Hanqqono Ahmad və bu ali təhsil ocağının inzibati heyəti ilə görüşüb. Görüşdə ADU və Pacacaran Universiteti arasında əməkdaşlıq memorandumu təsdiqlənib. Əməkdaşlıq çərçivəsində Pacacaran Universiteti burada Azərbaycan mədəniyyəti günlərini keçirməyi də təklif edib. H.Zərbəliyev İndoneziyanın Bandunq şəhərindəki Sunan Kalicaqa Dövlət İslam Universitetinin rektoru, professor H.Musa Aşari və digər rəhbər şəxslərlə də görüşüb. Görüşdə bu universitetin ADU ilə əməkdaşlıqda maraqlı olması ilə bağlı fikirlər səslənib. H.Zərbəliyev həmin universitetdə Azərbaycan mədəniyyəti və multikulturalizmi haqqında məruzə ilə çıxış edib. Geri dön |