Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Erməni diaspora üzvündən etiraf-Ermənistan Azərbaycansız məhv olacaq
Erməni diaspora üzvündən etiraf-Ermənistan Azərbaycansız məhv olacaq |
Son vaxtlar ermənilər Ermənistanın Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini etiraf etməkdə davam edirlər. Bir neçə gün öncə Dağlıq Qarabağda fəaliyyət göstərən erməni qeyri-hökumət təşkilatlarından birinin rəhbəri Serj Sarkisyanı prezident kimi tanımadığını, Azərbaycan prezidenti İlham Əliyevi prezident adlandırdığını etiraf etmişdi. İndi ermənilərdən daha bir etiraf gəlib. Xaricdə yaşayan erməni nümayəndələr diaspora biri Ermənistanın yaxın vaxtlarda məhv olacağını bildirib. Erməni diasporunun üzvü olan həmin şəxs bildirib ki, Ermənistanın müflis vəziyyətdən çıxması Azərbaycandan asılıdır. Onun sözlərinə görə, Ermənistan son vaxtlar düşdüyü böhran vəziyyətinə tab gətirə bilməyəcək. İşğalçı ölkə bu vəziyyətdən çıxmaq və ölkədə sosial rifahı normallaşdırmaq üçün Azərbaycandan yardım almalıdır. Əks təqdirdə Ermənistan tezliklə məhvə sürüklənəcək. O qeyd edib ki, Ermənistan hazırda xaricdə fəaliyyət göstərən erməni diasporunun hesabına durumunu sabit saxlamağa cəhd edir. Hələlik erməni diasporunun bu işin öhdəsindən gəldiyini deyən diaspora üzvü bildirib ki, bu proses uzun müddət davam edə bilməz. Çünki, Ermənistandakı vəziyyəti uzun müddət normal saxlamaq diasporanın gücü daxilində deyil. Erməni sahibkarların hesabına Ermənistana yardım edən diaspor təşkilatları artıq özləri də get-gedə çətin duruma düşür. Bu da yaxın vaxtlarda diasporanın Ermənistana etdiyi yardımı dayandırmaq məcburiyyətində qalacağından xəbər verir. Diaspora üzvü bildirib ki, Ermənistan Azərbaycanla münasibətləri düzəldəcəyi və işğal altındakı torpaqlardan əl çəkəcəyi təqdirdə ölkədəki sosial durum tam normallaşa bilər. O bu fikrini Ermənistanın Azərbaycanla sərhədləri açması, Türkiyədən dəstək alması ilə əlaqələndirib. Bildirib ki, işğal altındakı ərazilər boşaldılacağı təqdirdə Ermənistan blokada şəraitindən qurtula və yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bir sözlə, Ermənistanın məhv olmaması Azərbaycandan asılıdır.
Geri dön |