Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Miqren ağrılarını sağaldan, qrip və soyuqdəyməni aradan qaldıran çay - MÖCÜZƏVİ FAYDALARI
Miqren ağrılarını sağaldan, qrip və soyuqdəyməni aradan qaldıran çay - MÖCÜZƏVİ FAYDALARI |
Adətən qrip olduqda, öskürək hallarında dərman vasitələri ilə yox, təbii yollarla sağalmağa çalışırıq.
Buna görə də müxtəlif şəfaverici bitkilərin dəmləmələrindən, qarışımlardan faydalanmağa çalışırıq. Belə çaylardan biri də çobanyastığı çayıdır. Çobanyastığı çayı həm yüngüllüyü, həm də xoş qoxusu ilə sinir sistemini yaxşılaşdırır və istifadə edən şəxsi stresdən uzaq saxlayır. Çobanyastığının sakitləşdirici xüsusiyyəti ilə yanaşı, başqa bir çox faydası da var. Bu dəfə çobanyastığı çayının faydaları və hazırlanması barədə məlumat verir. - Dəriyə olduqca faydası var. Onu təmizləyir və yumşaldır. - Miqren ağrılarını sağaldır - Bədəndəki qan şəkəri tarazlığını qoruyur - Qrip və soyuqdəyməni aradan qaldırır - Diş ağrılarının və diş əti problemlərinin aparılmasında olduqca təsirli bir rola sahibdir. - Həzmsizliyi aradan qaldırır - Mikrobları öldürücü təsiri var - Menstruasiya dövründəki ağrı və sancıların azalmasına yardımçı olur. - Sinusitə qarşı təsirli bir bitkidir - Saç sağlamlığına faydası var. Saçların korlanmasına mane olur, ona parlaqlıq qazandırır - Yuxu problemi olan şəxslərə faydası var - Qızdırmasalıcı, əzələ rahatlaşdırıcı təsirə malikdir - Stress qaynaqlı xəstəliklərə tutulma riskini azaldır - Arıqlamağa kömək edən ən təbii bitkilərdən biridir Çobanyastığı çayının hazırlanması: Bu çayı hazırlamaq olduqca asandır. 1 çay qaşığı çobanyastığı qaynamış suya atılır və bir az qaynadılır. Sonra 10 dəqiqə çayın dəmlənmə müddəti var. Dəmlədiyiniz çayı süzərək içə bilərsiniz. Mütəxəssislərin fikrinə görə, çobanyastığı çayının mütəmadi olaraq qəbul edilməsi insan orqanizmi üçün olduqca əhəmiyyətlidir. Gündəlik olaraq 2-3 stəkanı keçmədən çobanyastığı çayını içə bilərsiniz. Dadlandırıcı olaraq limon əlavə etmək olar. Geri dön |