Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Da Vinçinin Sultan II Bəyazidə məktubu - İstanbuldakı körpülərin ilkin layihəsi ona məxsusdur?
Da Vinçinin Sultan II Bəyazidə məktubu - İstanbuldakı körpülərin ilkin layihəsi ona məxsusdur? |
“Riyaziyyat və Mona Liza: Leonardo da Vinçinin sənəti və elmi” adlı kitabının yazarı prof. Bülənt Atalay yazır: Leonardo da Vinçi Milanda yaşadığı vaxtlarda Sforzların (Sforzlar – İtaliyada hakim xanədanlıq-red) fransızlara məğlubiyyətindən sonra işsiz qalır. Belə olduqda 1500-ci ildə II Bəyazidə məktub yazaraq onun ölkəsində və xüsusən də sarayda işə qəbul edilib hərbi mühəndis kimi qala surlarını möhkəmləndirməyi və yeni silahlar hazırlaya biləcəyini deyir. Da Vinçinin Sultana iş təkliflərinin arasında portret çəkmək də var. Düzdür, bu portret çəkmək faktı öz təsdiqini tapmır. Ancaq II Bəyazidin atası Fateh Sultan Mehmet öz şəklini çəkdirmək üçün venesiyalı Covanni Bellinidən öncə Leonardo Da Vinçini İstanbula dəvət etdiyi də söylənilir. O da iddia edilir ki, Da Vinçi sultana Haliç üzərindən və Boğaziçinin hər iki tərəfini birləşdirəcək bir körpü layihəsini də hazırladığını yazıb.
1952-ci ildə Alman türkoloqu Frans Babinger Leonardo da Vinçinin Sultan II Bəyazidə yazdığı məktubla Da Vinçinin Parisdə saxlanılan əlyazmasını tutuşduraraq bu faktı təsdiqləmiş oldu. Bununla da məktubu yazanın Da Vinçi olduğu 450 il sonra Babingerin “Leonardo Da Vincidən Sultan II Bəyazidə 4 layihə təklifi” məqaləsi ilə öz təsdiqini tapdı. Məktubun sonunda isə “Bu məktub iyul ayının üçündə yazılmış və yazılış tarixindən dörd ay sonra ələ keçmişdir” qeydi var. Enter.News Lenardo Da Vinçinin Sultan II Bəyazidə məktubunu təqdim edir: “Əfəndimizin Qalatadan İstanbula bir körpü inşa etdirmək təşəbbüsünü eşitdim. Lakin bu işi görmək üçün uyğun bir adam tapa bilmədiklərini də öyrəndim. Bu işdən anlayan qulunuz arzularınızı gerçəkləşdirə bilər. Körpü yüksək bir kəmər üzərində qurulacaq. Fəqət, bu qədər yüksək körpüdən insanlar qorxub keçməyəcəklərini düşünərək körpünün kənarlarını taxta parçaları ilə örtəcəm. Kəməri belə yüksək etməkdə məqsəd körpünün altından yelkənli gəmilərin rahat keçə bilməsi üçündür. Əgər əfəndimiz həzrətləri qəbul edərsə Anadolu sahilinə qədər uzanan, ehtiyac yarandığında açılıb-bağlanan körpü də inşa edə bilərəm. Burada da su daim hərəkətdə olduğundan yanlarının aşınmaması üçün bir yol düşündüm. Bununla da axar su dirsək və kənarlara zərər verməyəcəkdir. İnşallah, Sultan həzrətləri bu aciz qulunun sözlərinə inanar, onu hər zaman öz xidmətində görməyi arzulayar və məktuba cavab lütfünü əsirgəməz.” Təqdim etdi: Rəşad Sahil Geri dön |