Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub

Azərbaycan güləşçisi erməniyə qalib gələrək Avropa çempionu olub


Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatında sərbəst güləş üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclülər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, çempionatın ikinci günündə Azərbaycan güləşçiləri 2 qızıl və 1 bürünc medal əldə edib.
55 kq çəki dərəcəsində Qalib Əliyev inamlı qələbələrini final görüşündə də davam etdirib və Avropa çempionu adını qazanıb. Təmsilçimiz ardıcıl olaraq ukraynalı, bolqar və rus rəqibləri üzərində qələbə qazanıb və finala yüksəlib. Finalda erməni güləşçisi ilə görüşdən də tam üstünlüklə (5:0) ayrılan Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

120 kq çəkidə yığmamızı təmsil edən Əli Maqomedabirov macar, türk və ukraynalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi üzərində qələbə əldə edən güləşçimiz Avropa çempionu olub və yığmamıza növbəti qızıl medalı qazandırıb. 84 kq çəkidə mübarizə aparan Pərviz Axundov isə bürünc medal qazanıb.
Həlledici görüşdə slovakiyalı güləşçidən üstün olan təmsilçimiz çempionatı 3-cü sırada tamamlayıb.
Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə Azərbaycan yığma komandası 56 xalla komanda hesabında ikinci olub. Komanda hesabında ilk sırada Rusiya (67 xal), 3-cü sırada isə Türkiyə (47 xal) qərarlaşıb.
Bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəyə qoşulacaq.

Geri dön