Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Senatı Azərbaycan Hökuməti ilə imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişi təsdiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Türk dünyası-Turan > Qazaxıstan Senatı Azərbaycan Hökuməti ilə imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişi təsdiq edib

Qazaxıstan Senatı Azərbaycan Hökuməti ilə imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişi təsdiq edib


Ötən il Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat tərəfindən təsdiq edilib.

Bu barədə məlumat verən Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek Sazişin təsdiq olunması ilə Azərbaycan istiqamətində yük daşımalarının əhəmiyyətli dərəcədə artacağını bildirib.

Nazir deyib ki, Saziş hər iki ölkənin tranzit potensialının artmasına və Mərkəzi Asiyada nəhəng logistika mərkəzinin yaradılmasında əlavə yük daşımalarının cəlbinə imkan verəcək. “Son 2-3 ildə Azərbaycan ərazisindən quru yolu ilə Gürcüstana və Türkiyəyə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, hər iki tərəfin nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirmək üçün həyata keçirdiyi fəaliyyət nəticəsində mümkün olub. Ötən il imzaladığımız Sazişin Senat tərəfindən təsdiq edilməsi bu marşrutu daha da canlandıracaq”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Sazişin reallaşması iki ölkə arasında yük daşımaları ilə bərabər, bütün sahələrdə əlaqələrin inkişafına təkan verəcək. Xəzər dənizinin Qazaxıstan tərəfində yeni qurulan Kurık limanının fəaliyyətə başlaması, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ilə Azərbaycan istiqamətində avtomobil nəqliyyatının daha da inkişaf edəcəyini gözlədiklərini vurğulayan hökumət rəsmisi Qazaxıstanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, tranzit potensialını daha da inkişaf etdirmək və ölkənin Orta Asiyanın böyük logistika mərkəzi olmasını təmin etmək məqsədilə işlərin davam etdirildiyini söyləyib. Nazir bu məqsədlə Azərbaycan daxil olmaqla bu günə qədər 41 ölkə ilə avtomobil nəqliyyatı müqavilələri imzalandığını diqqətə çatdırıb.

İlahə Əhmədova

Geri dön