Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xərçəngə qarşı qızıldan istifadə edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Xərçəngə qarşı qızıldan istifadə edilir

Xərçəngə qarşı qızıldan istifadə edilir


Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin əməkdaşları qızıl nanohissəсiklərin və istilik təsirinin köməyi ilə xərçəng hüceyrələrinin məhv edilməsi metodikasını sınaqdan keçiriblər. Mühüm odur ki, yeni üsul xərçəng hüceyrələrinin məhv edilməsi zamanı sağlamlığa zərər vermir. Hələlik metodu siçanlar üzərində sınaqdan keçiriblər. Məlum olub ki, nanohissəciklərin xərçəng hüceyrələrinə çatdırılması və onların sonradan yaşıl işıqla şüalandırılması hissəciklərin məxsusi olaraq müəyyən zonada qızmasına gətirib çıxarır. Şüalar hissəciklərə hopub və xərçəng hüceyrələrini tamamilə yandırıb. Bu metodun işlənib hazırlanmasında fiziklər, kimyaçılar, bioloqlar, həkimlər, riyaziyyatçılar və mühəndislər öz səylərini birləşdiriblər.

Analoji təsir prinsipi müxtəlif şişlər üçün tətbiq ediləcək. Başlıca məsələ müəyyən xüsusiyyətləri olan hissəcikləri seçməkdir. Belə ki, zahirdəki yeni törəmələr üçün təqribən 30 nanometr ölçüdə, daxili təyinatlarda isə spektrin qırmızı nahiyəsində plazman rezonanslı azacıq iriölçülü hissəciklərdən istifadə etmək olar. Metodika şişin cərrahi əməliyyatla çıxarılmasının mümkün olmadığı halda da kömək edəcək.

Geri dön