Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hesablama Palatası yeni yoxlamaların nəticələrini parlamentə təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Hesablama Palatası yeni yoxlamaların nəticələrini parlamentə təqdim edib

Hesablama Palatası yeni yoxlamaların nəticələrini parlamentə təqdim edib


Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsindən maliyyələşən bir neçə müəssisə və təşkilatlarda aparılan yoxlamalar nəticəsində hazırlanan hesabat və rəylər müzakirə edilərək Milli Məclisə təqdim edilməsi barədə qərara alınıb.
Palatadan verilən məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Ucar Suvarma sistemləri İdarəsinə və Ucar Meliorasiya İdarəsinə dövlət büdcəsinin «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsi üzrə «Meliorasiya tədbirləri» paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditinə dair hesabat və rəylər müzakirə edilərək Milli Məclisə təqdim edilməsi tövsiyə olunub.
Bununla yanaşı «Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan və əsaslı vəsait qoyuluşundan Sabirabad rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditinə dair» tərtib edilmiş hesabat və rəy müzakirə olunaraq təsdiq edilib, Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin «Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər rayon İcra Hakimiyyətinə Bayandur-Poladlı avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditi üzrə Audit Proqramı», «Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Füzuli rayon İcra Hakimiyyətinə Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditi üzrə Audit Proqramı» və «Dövlət büdcəsinin «Təhsil» bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının auditi üzrə Audit Proqramı» da təsdiq edilib.

Geri dön