Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran rejimi Türkmənistanı Azərbaycan üzərinə qaldırır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Tehran rejimi Türkmənistanı Azərbaycan üzərinə qaldırır?

Tehran rejimi Türkmənistanı Azərbaycan üzərinə qaldırır?


Tehranın Xəzərdə kəşf etdiyi nəhəng neft yatağı Azərbaycan sektorunda (hissəsində) yerləşə bilər, ekspert (karşünas) Aşqabadın kiçik “Kəpəz” yatağına görə gərginlik yaratmasını siyasi addım sayır.

Xəzər kifayət qədər ciddi və təhlükəli qarşıdurmaların yaşandığı dənizə çevrilir. Rusiya yaxın həftələrdə bu qapalı su hövzəsinə özünün ən yeni və ən iri raket gəmisini yerləşdirəcək. Hansı ki, “Dağıstan” adlı bu gəmi hədəfi 300 kilometr məsafədə dəqiq vuran ballistik raketlər daşıyır.

Türkmənistan Xəzərin Azərbaycan sektorunda yerləşən, lakin türkmən tərəfin mübahisəli hesab etdiyi “Kəpəz” yatağında seysmik (lərzəi) kəşfiyyat işlərini yenidən bərpa edib. Azərbaycan 2008-ci ildə olduğu kimi buna hərbi yolla cavab verib - kəşfiyyat gəmisinin üzərinə Dövlət Sərhəd Xidmətinin kater (hərbi qayıq) və vertolyotları (helikopterləri) göndərilib. Ardınca tərəflər bir-birinə hədələyici notalar təqdim edib. O biri tərəfdən isə İran Xəzərdə nəhəng neft-qaz yatağı kəşf etdiyini bildirir, yatağın harada yerləşdiyini gizli saxlayır. Qərb qaynaqlarına görə, bu yataq dənizin Azərbaycan sektorunun hüdudlarında yerləşə bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Azadlıq” radiosuna deyib ki, Azərbaycanla Türkmənistan arasında «Kəpəz» yatağının zaman-zaman mübahisəyə səbəb olması siyasi məsələdir: ««Kəpəz» kiçik yataqdır. «Kəpəz» uğrunda hansısa iddialar qaldırmaq və iki ölkə arasında gərginlik yaratmaq artıq iqtisadi və strateji məsələ deyil, bu, sırf siyasi məsələdir. Türkmənistan özünün Qərbə açılan qapısını Azərbaycanda görürsə, «Kəpəz»də kiçik bir element (ünsür) də yoxdur. «Kəpəz»in gətirəcəyi gəliri "Transxəzərlə" müqayisə etsək, heç yüzdə biri də deyil Türkmənistan üçün. Onun iqtisadi, siyasi və digər dividentlərini (qazanc, səmərə) tərəzinin gözünə qoyub çəksəydi, Türkmənistan heç vaxt elə bir addım atmazdı. Belə addım atırlarsa, deməli, Türkmənistan bunu müəyyən təsirlərin altında edir. Onun bölgədə asılı olduğu bir nömrəli ölkə İrandır».

Xəzərin statusuna dair sonuncu sazişdə 3 ölkə - Azərbaycan, Qazaxıstan və Rusiya iştirak edib. Bu saziş Xəzərin dibi ilə orta xətlə bölünməsini nəzərdə tutur. İran isə dənizin dibini bərabər hissələrə bölməyi təklif edir - hərəyə 20%. Bu da Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişə ziddir. Hələ SSRİ (Şurəvi) zamanındakı orta xətt prinsipinə görə, bu xətt «Kəpəz»in ərazisini kəsirdi. Yəni həmin yataq iki dövlətin sərhədində yerləşən strukturdur.

Qərbin enerji çevrələrindəki nüfuzlu mənbələr isə Türkmənistanla Azərbaycan arasında “Kəpəz”ə görə yeni qarşıdurmanın yaşandığı bir vaxtda diqqəti İranın kəşf etdiyi yeni yatağa yönəldirlər. “Eurasianet.org” qeyd edir ki, İran tərəfi bu yatağın neft ehtiyatlarının 10 milyard barel (boşka), qaz ehtiyatlarının 50 trilyon kubmetr olduğunu bildirir. Bu, İranın bütün neft ehtiyatlarının təxminən 7 faizi və Xəzərdə son 100 ildə kəşf edilən ən iri ehtiyatlar deməkdir. Sayt yazır ki, İran prezidenti Mahmud Əhmədinejad bu yatağın kəşfinin bölgədə enerji və siyasi balansı dəyişdirəcəyini deyib. Lakin regional (bölgəsəl) enerji məsələləri üzrə analitik (təhlilçi) Aleks Ceksonun sözlərinə görə, vəziyyət daha mürəkkəb ola bilər. Çünki bu yataq faktiki olaraq Xəzərin Azərbaycan sektorunda yerləşir (İran ötən il Xəzərdə “Sardar-e Cangal” adlı nəhəng neft-qaz yatağı kəşf etdiyi açıqlayıb. Bu ilin mayında isə həmin strukturda “Sərdare-Milli” yatağının kəşfi barədə məlumat verilib).

Bildirilir ki, həmin yataqları kəşf edən “Alborz” kəşfiyyat-qazma qurğusu məhz 2009-cu ildə Azərbaycanla İran arasında yaşanmış qarşıdurmada yer almışdı. WikiLeaks tərəfindən yayılan Amerika məxfi teleqramlarına görə, Azərbaycan rəsmiləri amerikalılara bildiriblər ki, “Alborz” qurğusu Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işləri aparır. Ancaq qurğunun işlədiyi yer göstərilməmişdi. Sayt təxmin edir ki, bu İran qurğusu məhz indi elan edilən yataqları kəşf edib. “Eurasianet.org” Azərbaycanın hələ İranın yeni neft-qaz yataqları kəşf etməsinə dair iddialarına açıq şəkildə heç bir münasibət bildirmədiyini vurğulayır. Bildirilir ki, görünür, Bakı İran kimi təhlükəli qonşu ilə açıq qarşıdurmaya getməkdən çəkinərək baş verənlərə göz yumur.

Geri dön