Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin əmək və sosial müdafiə naziri Milli Məclisdə olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Türk dünyası-Turan > Türkiyənin əmək və sosial müdafiə naziri Milli Məclisdə olub

Türkiyənin əmək və sosial müdafiə naziri Milli Məclisdə olub


Fevralın 1-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın və Türkiyənin iki qardaş ölkə olduğunu vurğulayan sədr bizi eyni kökün, ortaq tarixin və zəngin mədəni dəyərlərin birləşdirdiyini qeyd edib. “Münasibətlərimiz bütün dünyada nümunə göstəriləcək səviyyədədir. Heç də təsadüfi deyil ki, əlaqələrimiz bu gün həm də strateji xarakter daşıyır”, - deyə o əlavə edib.

Milli Məclisin sədri xanım nazirin ilk səfərini Azərbaycana etməsindən və nümayəndə heyətinin tərkibində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın olmasından məmnunluq duyduğunu söyləyib. Bildirilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, xüsusilə də dövlət başçılarının səmimi və yaxın münasibətləri ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır. Spiker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında iştirakını və Prezident İlham Əliyevin bu ölkəyə son səfərini xatırlayaraq, münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğulayıb. Bildirilib ki, bu günə qədər ölkələrimiz arasında 213 sənəd imzalanıb, 30-a yaxın sənəd isə baxılmaq üzrədir.

Spiker Milli Məclisin Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan addımları həmişə dəstəklədiyini, gələcəkdə də bu sahəni diqqət mərkəzində saxlayacağını söyləyib.

Xanım Jülide Sarıeroğlu ölkəmizə ilk səfərinin və burada keçirilən görüşlərin onda xoş təəssürat oyatdığını deyib. O qeyd edib ki, nazir kimi Azərbaycana ilk səfəri müvafiq qurumlar arasında əlaqələrin inkişafı baxımından çox önəmlidir.

Qonaq iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib. Səfər çərçivəsində müstəqil Azərbaycanın Milli Məclisində olmaqdan qürur duyduğunu söyləyən nazir bildirib ki, Türkiyə hökuməti Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək əzmindədir.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, səfir Erkan Özoral, Türkiyə Böyük Millət Məclisinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Geri dön