Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan memarları və arxitektorları Xəzər dənizi üzərindən körpünün inşasını məqsədəuyğun saymırlar
Azərbaycan memarları və arxitektorları Xəzər dənizi üzərindən körpünün inşasını məqsədəuyğun saymırlar |
Azərbaycan Memarlar İttifaqı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzər dənizi üzərindən avtomobil körpüsünün salınması layihəsini məqsədəuyğun saymır.
Bu barədə «Böyük Bakının Regional İnkişaf Planı» Layihəsinin İcra Qrupunun rəhbəri Novruz Eldarlı bildirib. N.Eldarlının sözlərinə görə, Bakı buxtası üzərindən salınaraq Bayıl qəsəbəsi ilə Zığ qəsəbələrinin birləşdirilməsini nəzərdə tutan bu körpünün inşası layihəsi Azərbaycan Memarlar İttifaqının Şəhərsalma Şurasında ölkənin tanınmış memarları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinin iştirakı ilə müzakirə edilib. Müzakirədə Bakı buxtası üzərindən körpü deyil, Bakı buxtasına paralel yeraltı tunelin inşa edilməsi daha məqsədəuyğun olduğu barədə qərar qəbul olunub. Xatırladaq ki, adı çəkilən körpünün tikintisinin ilkin layihəsi və texniki-iqtisadi əsaslandırılması Koreya mütəxəssiləri tərəfindən hazırlanıb və baxılmaq üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. Layihəyə əsasən, bu qurğu Zığdan gələn avtomobilləri birbaşa Bayıla və əks istiqamətdə çatdırmaqla Bakının mərkəzi küçələrində nəqliyyatın sıxlığını azaltmalı və tıxac probleminin qismən həllinə kömək etməlidir. İlkin qiymətləndirmələrə görə, uzunluğu 17 km olacaq körpünün inşası təqribən 2 mlrd. dollara başa gələcək. Lakin mütəxəssislər bu layihənin gözlənilən qədər effektiv və səmərəli olmayacağını, ən əsası Bakının inkişaf konsepsiyasına uyğun gəlmədiyini bildiriblər. Əvvəla, körpüyə daxil olan nəqliyyat vasitəsi onun sonunadək çatmamış oradan çıxa bilməyəcək ki, bu da avtomobil sahibləri üçün narahatlığın yaranması deməkdir. İkincisi, bu körpüdən istifadə hava şəraitindən asılı olacaq. Belə ki, körpü yalnız o vaxt istifadə oluna bilər ki, küləyin sürəti saniyədə 20 metrdən çox olmasın. Bakı buxtasında küləyin bu sürəti ayda bir neçə gün gün olur. Üçüncü səbəb körpünün Bayılı Zığ qəsəbəsi ilə birləşdirməsidir, halbuki Bakının Zığ istiqamətində deyil, əksinə, qərb tərəfə inkişaf etdirilməsi nəzərdə tutulur. Yəni, bu körpü Bakının inkişaf konsepsiyasına uyğun gəlmir. Bunun əvəzində isə memarlar digər layihənin icrasını təklif edirlər. N.Eldarlının sözlərinə görə, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış «Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl Planı»na əsasən, nəqliyyat probleminin həlli üçün Neftçilər prospekti boyunca və ona paralel sualtı avtomobil tunelinin çəkilməsi təklif olunur. Bu təklif Bakının İnkişaf Konsepsiyasında da əksini tapıb. Tunel Bayılın əvvəlində, Bəhramgur abidəsindən bir neçə yüz metr əvvəl başlanır və Dəniz Vağzalının köhnə binasınadək davam etməlidir. Tunelin bulvarın kənarına birləşdirilməsi və onun üstünün torpaqla örtülməsi isə bulvarın eninin 20-30 metr artırılması ilə nəticələnəcək. Tuneldə onun əvvəli və sonu ilə yanaşı, daha bir çıxışın olması nəzərdə tutulur ki, bunun Azadlıq meydanında olması təklif edilir. Körpüdən fərqli olaraq, tunelin cəmi 3,6 km uzunluğu nəzərdə tutulur. Bu ideyanı memarların əksəriyyətinin dəstəklədiyini deyən Novruz Eldarlının sözlərinə görə, tunel layihəsinin qiyməti Bakı Buxtası üzərindən çəkilməsi müzakirə olunan körpüyə nisbətən xeyli aşağıdır. Geri dön |