Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər

Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıblar.
Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin əmlakının üzərlərinə qoyulmuş həbsin götürülməsini istəyiblər.
Vəsatətlər müzakirəyə çıxarılıb.
Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra məhkəmə qərarını elan edəcək.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Geri dön