Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran XİN Azərbaycanın notasına cavab verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan-Təbriz > İran XİN Azərbaycanın notasına cavab verdi

İran XİN Azərbaycanın notasına cavab verdi


İranın Xarici İşlər Nazirliyi Azərbaycanın iki vətəndaşının həbs edilməsini təsdiq edib. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
"İran XİN-in Azərbaycanın notasına cavabında deyilir ki, Azərbaycanın iki vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə cinayət törətməyə cəhddə təqsirləndirilirlər", - Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş konsulluğu saxlanılan vətəndaşlarımızla görüşmək tələbi ilə yerli hakimiyyətə müraciət edib.
Azərbaycanın iki vətəndaşı mayın 2-dən İranda itkin düşmüşdülər.
Azərbaycan XİN vətəndaşlarımızla bağlı vəziyyəti aydınlaşdırmaq tələbi ilə bundan əvvəl İran XİN-ə üç nota göndərib.

Geri dön