Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mixeil Saakaşvilinin apellyasiya şikayəti təmin edilməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Mixeil Saakaşvilinin apellyasiya şikayəti təmin edilməyib

Mixeil Saakaşvilinin apellyasiya şikayəti təmin edilməyib


Kiyev Apellyasiya Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin apellyasiya şikayətinə baxılıb.
Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri barəsində Kiyev Rayon İnzibati Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Kiyev Rayon İnzibati Məhkəməsi Mixeil Saakaşviliyə müdafiəyə ehtiyacı olan şəxs statusu verməkdən imtina edib. Qərardan narazı qalan Gürcüstanın sabiq prezidenti apellyasiya şikayəti verib.
Məhkəmənin qərarı hökumətə M.Saakaşvilini vətəndaşlığı olmayan şəxs kimi Ukraynadan ekstradisiya olunmasına əsas verir.
Xatırladaq ki, 2017-ci ilin iyul ayında prezident Petro Poroşenko Gürcüstanın sabiq prezidentinin Ukrayna vətəndaşlığından məhrum edilməsi barəsində fərman imzalayıb. Bu il yanvarın 5-də isə Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini Gürcüstan prezidenti vəzifəsində səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirkar bilib və onu qiyabi qaydada üç il müddətinə azadlıqdan məhrum edib.

Geri dön