Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Novruz çərşənbələri: tarixi kökləri və regional özəllikləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Türkün şanlı tarixi > Novruz çərşənbələri: tarixi kökləri və regional özəllikləri

Novruz çərşənbələri: tarixi kökləri və regional özəllikləri


Məhərrəm Qasımlı: "Mütləq buna dövlət səviyyəsində yanaşılmalıdır. Çünki mənəviyyatın, tarixin, etnoqrafiyanın falsifikasiyası gedir…"

Artıq Kiçik Çillənin ilk günlərini yaşayırıq. Boz aya bir şey qalmadı. Fevralın 20-də Kiçik Çillə çıxacaq və Boz ay gələcək. Gəlməyinə gələcək, amma yenə də, hər il olduğu kimi, çərşənbələrlə bağlı müzakirələri də özü ilə gətirəcək… Belə müzakirələrdən bir neçəsində əsas məruzəçi tarix üzrə elmələr doktoru, türkoloq Güllü Yoloğlu olmuşdur…

Belə müzakirələrdən biri illər öncə - 2011-ci il fevralın 22-də Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 45-ci məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, müzakirəyə çıxarılan “Novruz çərşənbələri: tarixi kökləri və regional özəllikləri” mövzusuna aid mülahizələrini bildirmiş və sözü məruzəçi - tarix elmləri doktoru Güllü Yoloğluya vermişdir. Güllü Yoloğlu Novruz çərşənbələrinin tarixi kökləri və regional özəllikləri haqqında maraqlı məruzə ilə çıxış edərək dörd ünsürün Novruz çərşənbələrinə pərçimlənməsinin yanlış olduğunu, əslində cəmrələrlə çərşənbələrin qarışıq salındığını, Türk Dünyasının heç bir yerində dörd ünsür adında çərşənbələrin olmadığını faktlarla ortaya qoymuş, xalqdan gələn adları sıralamış (Yalançı çərşənbə (əzəl), Xəbərçi (muştuluqçu, çıdırçı, müjdəçi) çərşənbə, Ölü çərşənbəsi (qara çərşənbə) və Axır çərşənbə) və Milli Məclisə müraciətin layihəsini təqdim etmişdir. Məruzədən sonra məşğələdə iştirak edən Azərbaycanın tanınmış elm adamları mövzu ətrafında geniş müzakirələr apardılar. Rafiq İsmayılov (BDU-nun professoru), Bəhmən Əliyev (AMEA-nın baş elmi işçisi), Ləman Süleymanova (AMEA-nın Folklorşünaslıq İnstitutunun elmi işçisi), Nəzakət Hüseynova (BDU-nun professoru), Tahir Şahbazov (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı), Əli Şamilov (AMEA-nın Folklorşünaslıq İnstitutunun əməkdaşı), İsmayıl Umudlu “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, Füzuli Bayar (professor, Folklor İnstitutu), Süleyman Əliyarlı (BDU-nun professoru), Məhərrəm Qasımlı (AMEA-nın Ədəbiyyat İnstitutu, professor), Cəlil Nağıyev (Asiya Universitetinin rektoru), Qəzənfər Paşayev (professor), Hamlet İsaxanlı və digərləri mövzu ilə əlaqədar çıxış ediblər. Hamlet İsaxanlı maraqlı məruzə və müzakirəyə görə Güllü Yoloğluya, çıxış edənlərə, həmçinin iştirakçılara təşəkkürünü bildirir və sonda gördüyünüz bu xatirə şəkli çəkilir.
Müzakirələr zamanı maraqlı çıxışlar olmuşdur. Onlardan biri də folklorşünas alim Məhərrəm Qasımlının çıxışıdır. Enter.News M.Qasımlının həmin çıxışını olduğu kimi təqdim edir:

“Problem kifayət qədər mürəkkəbdir. Doğrudan da mən çox baş vurmuşam ki, bu dörd ünsürün çərşənbələr üzərində olduğu hansı tarix var, hansı mənbə var… Çox əlləşmişik. 25 min tirajla “Novruz ensiklopediyası” çıxıb. Orda çərşənbələrin təqribən 30-a qədər adı var. Yəni bölgələrdə olan… Ekspedisiya da olub, toplanılıb da. 47-ci ildə Təhmasib müəllim bu mövzuda namizədlik dissertasiyası müdafiə edib. Orda cəmlələr də, oğru buğlar, doğru buğlar, hamısı yazılıb. Necə ola bilər? Folklorçular harda yatmışdı ki, bu işlə məşğul olmurdu? Bu ayrı məsələdir ki, ab-atəş-xak-i-bad yox idi. Əzəl çərşənbə varıydı, Yalançı, muştuluqçu, Axır çərşənbə var idi… Əhməd Cavadın 1919-cu ildə yazdığı “Novruz” şeirlər silsiləsində çərşənbələr haqqında bir şeiri gedib. 1919-cu ildə yazılıb bu şeir və çap olunub o vaxtda. Biz də ensiklopediyaya onu daxil etmişik. Ordakı ardıcıllıq eynilə Türkiyədəki cəmlələr ardıcıllığındadır: hava, su, torpaq. Yəni Türkiyədə gördüyümüz cəmlələr ardıcıllığı Əhməd Cavadın şeirində yer alıb. Əcəba Əhməd Cavad bunu bir şəmkirli olaraq o bölgədənmi götürüb, yoxsa bağlı olduğu Türkiyədənmi gətirmişdi? Bu sualımıza cavab yoxdur. Hər halda yeganə bir dənə mənbə olan Əhməd Cavad var. 1919-cu ildə. Ayrı hər hansı bir şey yoxdur.

İlk dəfə bu məsələ gəlir ortaya çıxır, deyəcəm sizə nə cür… Rafiq müəllim də bu işin içində olub (Rafiq İsmayılov öz replikası ilə təsdiqləyir). 88-89-cu illərdə Vəzirov gələndə, bir çox məsələlərlə bərabər dedilər ki, Novruz bayramını işə salın ki, camaatın başı qarışsın. O arada ancaq Axır çərşənbə ilə bağlı çıxış olurdu. Televiziyada iki il 88-89-cu illərdə bu çıxışları mən eləmişəm. Və hər hansı başqa çərşənbə söhbəti yox idi. 1990-cı ildə aləm qarışdı, qırğın oldu və, gördüyünüz kimi, Novruz bayramı və çərşənbələr söhbəti də olmadı. Yəni çox üstü örtülü keçdi. Gəldi 91-ci ildə Mütəllibovun vaxtı idi. Fuad Qasımzadə də müşavir idi (Fuad Qasımzadə 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Ayaz Mütəllibovun müşaviri vəzifəsini tutub).
Mən bu hadisələrin içində olmuşam. Ona görə də bəzi şeyləri şahid kimi danışıram. İndi xatırlayacaqsınız, Fuad Qasımzadə 91-də bu çıxıb başladı çərşənbələrdən danışmağa. Amma mən orda olanda, Nahid müəllim (AzTV-də uzun müddət çalışmış görkəmli yazıçı, journalist Nahid Hacızadəni nəzərdə tutur) burda olsa, təsdiqləyər, mən dedim bu dedikləri şeylər hardandır? Bu başladı: “Birinci çərşənbə su çərşənbəsidir. Əlinə də bir material gəlib, yəni o aparata, Rafiq müəllim, material verilmişdi. Axşamlar bu kişi çıxır, hər çərşənbədə elan eləyir (Rafiq müəllim yerindən təkrar edərək təsdiqləyir – G.Y.): bu gün, tutalım ki, su çərşənbəsidir. Əlində olan yazını oxuyur. Yəni Azad müəllimin o kitabında (söhbət A.Nəbiyevin “”İlaxır çərşənbələr” “Azərnəşr”, 1992, 62 s. kitabçasından gedir) gördüyünüz materialı oxuyur, demək olar ki. Növbəti çərşənbə od çərşənbəsi… nə… nə… Fuad müəllim beləliklə ilk dəfə təqdim elədi xalqa bu dörd ünsürü bu şəkildə Azərbaycan televiziyası ilə.

Növbəti il yenə də Fuad müəllim bu məsələdə bu mövqeyi tutdu. Və biz folklorçular hamımız məəttəl qalırdıq ki, bu şeylər haradandır, bunlar nədir? Hətta ondan sonrakı il, Rafiq müəllim orda olanda (Rafiq İsmayılov 1992-1993-cü illərdə AR prezidenti Ayaz Mütəllibovun humanitar məsələlər üzrə dövlət müşaviri idi), biz folklorçular etiraz məktubu da yazdıq göndərdik ki, bu məsələnin qarşısı alınsın. Amma alınmadı. Öz axarından çıxdı, getdi. Günü bu günə kimi o, yəni Fuad müəllimin əsasını AzTV-də qoyduğu konsepsiya, ab-atəş-xak-bad sistemi ilə gedir. Ortada bir az dolaşırdılar. Bəzən biri Axırıncı çərşənbəyə torpaq deyirdi, biri, yadınıza gəlir, yel deyirdi. Bir axşam bu televiziya belə deyirdi, o biri elə. Dolaşıqlıq gedirdi… Amma bütün bunların hamısı efirdə baş veribdi, televiziya vasitəsilə baş verib. Proses də bax belə, dediyim kimi, konyukturadan, sistemdən gələn bir şey olubdu ki, başı qataq, 91-92-ci illərin həngamələrindən camaat yayınıb yönəlsin bu işin üzərinə. Amma o da belə bir fəsad verib. Bu gün bütün orta məktəb dərslikləri doludur bu materialla. Bu gün uşağa səhər deyirsən ki, bu gün Axır çərşənbədir, gedir məktəbə. Biri o sinfə gedir, biri bu sinfə gedir. Biri bu sinifdən gəlir ki, bu gün torpaq çərşənbəsidir, o birinin müəlliməsi ayrı səhv kitabdan oxuyur, deyir, yox, bu gün yel çərşənbəsidir. Evdə də deyirsən ki, Axır çərşənbədir. Çünki oxuduğu sinifdən və ya dərslikdən gəlir. Və axşam da televizora baxıb televizordan… Qoca arvadlar var, Füzuli müəllim demişkən (folklorşünas Füzuli Bayata dönərək), deyirsən nədi? Deyir televiziyada dedilər də. Yalan olsa, televiziya deməz. Əşi, sənin 70-80 yaşın var. Sən ana-babana
Bu gün bütün televiziyalar məni çağırırdı ki, gəl danış. Mən imtina etdim, getmədim. Ötən il nə baş verdi? Televiziyanın birində mən izah edirəm ki, bu “a yel baba, yel baba, Güllü xanım deyən kimi ki (məruzəçi Güllü Yoloğlunun çıxışına işarə edir), Qurban sənə, gəl baba” bu, xırmanda olan bir söhbətdir, bu xırmanla, iyul-avqust ayına bağlı şeydir. Mən yerimə oturdum. Canlı yayım gedir. Bir də gördüm bir dəstə qız allı-güllü çıxıb başladı bu mahnını oxumağa (hamı gülüşür). Dedim məni niyə çağırmısınız? Bu nədi? Bir də mən bura gəlmərəm. Xeyiri yoxdur. Yəni mənasız bir şeydir. Biz bu gün burada deyirik ki, bu məsələlər hamısı yanlışdı, quramadı və s. Amma, açığı deyim, gedin, qulaq asın daa. Görürük ki, elə döşəyirlər…

Burda irəli sürülən bu adlar (türkoloq Güllü Yoloğlunun təklif etdiyi adları nəzərdə tutur) hamısı xalqda var….

Mütləq buna dövlət səviyyəsində yanaşılmalıdır. Çünki mənəviyyatın falsifikasiyası gedir. Tarixin, etnoqrafiyanın falsifikasiyası gedir…

Təklifim ondan ibarətdir ki, layihə əsasən bəyənilsin və burada qaldırılan məsələlər diqqətə çatdırılsın” (Milli Məclisə müraciətin qərar layihəsini nəzərdə tutur).

Düşünürük ki, uzun illər bu çıxışlar diqqətdən kənarda qalsa da, artıq qulağımızı açıb eşitməyin vaxtıdır…istinad elə, televiziyaya niyə istinad edirsən? Bu mənada yəni bu proses gedibdi. Böyük yalan baş veribdi.


Geri dön