Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...

Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...


*Dünyada yaxşı sözlü adamlar çox imiş.
*Adamları həm işinə,həm də sözünə görə dəyərlndirmək lazımdır.
*Xəbislik və natamamlıq pis nəsnədir.
*Bir adam yalan danışırsa,ondan uzaq olun.
*İkiüzlü və yaramaz adamlarla ancaq salamlaşın.Onların ipinin üstünə odun yığmaq olmaz ha..

*Başqalarına "qızım ", "oğlum" sözü,xitabı ilə müraciət etməyin.Belə adamların çoxunu el məclisinə çağırmaq olmaz.

*Söz kimindir? - O sözü özünə aid edənin.

*Sözü elə deyin ki,sözün içindən başqa söz çıxmasın.

*Sözlü adam gözünü gizlədər.

*Söz söyləyəndə həm düz danış, həm də elə söz danış ki,başa düşülsün.
*Sözlə söyüş - qohum sözlərdir. Sözdə də səs var,söyüşdə də.
*Hər sözün öz yeri var, hər sözün həm əyri, həm də düz yeri var.
*Məclisdə xoşagəlməz,ikibaşlı,pis səslənən söz danışma.
*Sözün də,üzün də qırışığı var.
*Söz güləndə ,üz də gülər.
*Elə danış ki,sözün yerə düşməsin.
*Söz deyəndə elə de ki,adamın canına yağ kimi yayılsın.
*Atın sözü,itin sözü- yalançının bütün sözü.
*Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz.
*Söz qəhətə çıxanda,yerini,yurdunu bil.
*Bu söz ki var ha,
şıxdı,getdi,
geri gəlməz bir daha.

*Söz NOVRUZ bayramı süfrəsinin nəsnələrinə oxşayır ;
ərəbdə -süxən,
rusda -slova.
türkdə -söz ...

*Türk dillərində sözün qafiyləri-
söz,döz,köz,öz,çöz..

*Sözü ki çözdün,məsələ də bitdi.



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.
05.02.2018.

P.S.Yeri gələndə sözü uzununa da,eninə də,
avandına da,tərsinə də oxuyun.
Özünüzdən başlayın.

Geri dön