Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb, 219 yaralı var
Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb, 219 yaralı var |
Tayvanın şərq hissəsində yerləşən Hualyan şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə qədər artıb.
Bu barədə "Sina" informasiya portalına istinadən TASS məlumat yayıb. Təbii fəlakət nəticəsində 219 nəfər xəsarət alıb, 173 nəfərlə əlaqə yaratmaq mümkün deyil. ***00:49 / Tayvanda baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 202 nəfərə çatıb, daha 2 nəfər ölüb. Bu barədə "China Global Television Network" məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar zamanı hərbi hospital da daxil olmaqla 5 bina dağılıb və ya qismən zərər çəkib. Bundan əlavə, 702 yaşayış evi işıqsız qalıb. Əvvəl 188 nəfərin xəsarət aldığı bildirilirdi. ***23:26 Tayvanın şərqində yerləşən Hualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. Bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb. Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, "Marshal" otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaquli vəziyyətdə əyilib. KİV-in məlumatına görə, zəlzələ zamanı azı beş bina qismən dağılıb, körpülərə, asvalt örtüklərinə, səkilərə ziyan dəyib. Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir. ***21:09 Tayvanın şərqində 6,1 maqnituda gücündə baş vermiş zəlzələ nəticəsində otel binası uçub. Bu barədə TVBS telekanalı məlumat yayıb. Otel Hualyan qəzasında yerləşir. Hazırda tələfat barədə məlumat yoxdur. ***20:54 Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. Geri dön |