Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Razılaşdırılan məsələlər əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Razılaşdırılan məsələlər əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”

“Razılaşdırılan məsələlər əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”


“Həmsədrlər gələn həftənin əvvəlində Bakıda olacaqlar”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər. Yəqin ki, onlar həftənin əvvəlində Bakıda olacaqlar”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, həmsədrlərin səfərinin əsas məqsədi Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələləri müəyyən etmək və bu yöndə işi davam etdirməkdir: “Biz açıq qalan məsələlər üzərində işi sürətləndirməliyik”.
E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Vaxt itirməmək üçün düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”.

Geri dön