Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Leykoz xəstələrinin diaqnostika və müalicə üçün xarici ölkələrə üz tutmağına ehtiyac yoxdur
Leykoz xəstələrinin diaqnostika və müalicə üçün xarici ölkələrə üz tutmağına ehtiyac yoxdur |
Keçən il Dövlət Proqramı çərçivəsində institutumuzda yeni immunohistoloji müayinə aparılması üçün laboratoriya yaradılıb və laboratoriya ən müasir avadanlıq və reaktivlərlə təchiz olunub. İmmumohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam differensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Statistik məlumatlara əsasən hazırda ölkəmizdə dispanser qeydiyyatında olan 2, 2 min nəfərdən çox hemoblastozlu xəstə, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirlən 323 uşaq var. Müalicə alan bütün xəstələr Dövlət Proqramı çərçivəsində ən müasir sitostatik və innovasion dərman preparatları ilə təmin olunur. Artıq leykozların diaqnostika və müalicəsi məqsədi ilə xəstələrin xarici ölkələrə üz tutmağına ehtiyac yoxdur.
Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun direktoru Zöhrə Əlimirzəyeva ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə məlumat verib. Direktorun dediyinə görə, ötən il instituta 14 min 82 nəfər müraciət edib, onlardan 4 mindən çoxunu ilkin müraciətlər təşkil edib. İl ərzində 329,5 min laborator müayinə aparılıb. 2017-ci ildə Mərkəzi Qan Bankında 44, 9 min, ölkə üzrə 85,2 min donor qeydə alınıb. İl ərzində 40670, 5 litr qan tədarük edilib. Hazırda 27, 5 min nəfərin qan xəstəlikləri ilə dispanser qeydiyyatında olduğu institutda 2017-ci ildə ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri ilə qeydiyyata götürülüb. Onlardan 603 nəfərini böyüklər, 84 nəfərini uşaqlar təşkil edib. Mətbuat konfransında qeyd edilib ki, ötən il nikahqabağı müayinələrdən 135,9 min nəfər keçib. Onların 3,9 min nəfərə yaxınında talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QİÇS virusu aşkar edilib. Müayinədən keçən 41 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı olduğu müəyyən edilib. Direktorun verdiyi məlumata görə, ümumilikdə indiyədək nikahqabağı müayinələrdən 373,7 min nəfər keçib. Onlardan 14,4 min nəfərdə talassemiya daşıyıcılığı, 1,3 mini nəfərdə sifilis, 293 nəfərdə QİÇS virusu aşkar edilib. Onlardan 86 cütlük özü müayinə olunmağa təşəbbüs göstərib. 44 nəfərdə hamiləlik zamanı perinatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyən edilib. Geri dön |