Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna hökuməti qızılca xəstəliyinin qarşısını almaq üçün ABŞ-dan kömək istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ukrayna hökuməti qızılca xəstəliyinin qarşısını almaq üçün ABŞ-dan kömək istəyir

Ukrayna hökuməti qızılca xəstəliyinin qarşısını almaq üçün ABŞ-dan kömək istəyir


Ukraynada böyüklər üçün qızılcaya qarşı vaksin çatışmazlığı yaranıb.

Bu barədə jurnalistlərə Ukraynanın səhiyyə naziri əvəzi Ulyana Suprun məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hökuməti qızılcaya qarşı vaksinlərlə bağlı humanitar yardımın edilməsi üçün ABŞ administrasiyası ilə danışıqlara başlayıb.

“Ukraynada böyüklər arasında da qızılca xəstəliyi artıb. İstəyirik ki, ölkəyə əlavə vaksinlər gətirərək, ilk növbədə riskli qruplara aid olan həkim, müəllim, tibb bacıları, hərbçiləri vaksinasiya edək”, - deyə U.Suprun bildirib.

Qeyd edək ki, Ukraynada bu ilin əvvəlindən başlayaraq 3554 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 1165 nəfəri böyük, 2389 nəfəri isə uşaqdır. Son bir ayda qızılcadan 4 nəfər ölüb, onlardan ikisi uşaq olub.

Emil Hüseynli

Geri dön