Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Nəbi Soytürk: “Milli düşüncə maddi və mənəvi dünyanı dərk etmək üçün yetərli olmayana qədər, proses ləngiyəcək” - Müsahibə
Nəbi Soytürk: “Milli düşüncə maddi və mənəvi dünyanı dərk etmək üçün yetərli olmayana qədər, proses ləngiyəcək” - Müsahibə |
Nəbi Soytürk: “Milli düşüncə maddi və mənəvi dünyanı dərk etmək üçün yetərli olmayana qədər, proses ləngiyəcək” - Müsahibə
“Müsahibim Güney Azərbaycan İstiqlal partiyasının ideoloji məsələlər üzrə sorumlusu Nəbi Soytürkdür. Onunla İran Azərbaycan münasibətlərindən və Güney Azərbaycanın istiqlalından danışdıq. - Nəbi bəy, son günlər İran-Azərbaycan münasibətlərində bir gərilmə müşahidə olunmaqdadır. Bu gərilmənin səbələrini nədə görürsünüz? - Əgər bu gərginlik iki uzaq və normal ölkə arasında yaşansaydı, bu sualın cavabı yəqin ki, siyasi-iqtisadi məsələlərlə bağlı olardı. Səbəbi kəşf edib və aradan qaldırmaq da rahat olardı. Ancaq çox təəssüf bu iki ölkə arasındakı yaşanan gərginliyin arxasında elə qəliz məsələlər dayanır ki, orda səbəb-nəticə halqalarını tapmaq, onu izah etmək olduqca mürəkkəb bir məsələdir. Azərbaycan bir o qədər böyük ölkə deyil. İran isə güclü və böyük ölkə sayılır. Məsələ ondadır ki, hər hansı fakt qarşısında qalanda kobud güclə, haqqa, ədalətə və xalqın iradəsinə qalib gəlmək mümkündür. Amma söhbət prosesdən gedərsə, onda haqq, şüur və iradə tədricən kobud gücə üstün gəlməyə başlayır. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Bu hadisə, məlum səbəblərə görə İran rejimini, xüsusilə, hakimiyyətin şovinist damarını təşkil edən qüvvələri ciddi vahiməyə saldı. Əgər Azərbaycanın istiqlalını tanımamaq mümkün olsaydı, onlar bunu edəcəkdilər. Sadəcə bu mümükün olmadı. Sonra İran rejimi Ermənistan vasitəsilə Azərbaycanın dövlətçiliyinə qarşı təzyiqə keçdilər və çalışırdılar ki, Güney Azərbaycanlıların milli istəkləri bir cərəyan və proses halına keçmədən, bunun qaraşısını Güneyə nümunə ola biləcək müstəqil Azərbaycanda alsınlar. Lakin heç biri nəticə vermədi. Bunlar tədricən öz antiazərbaycan siyasətlərinin əsas hissəsini gizlədib və bir növ balanslı siyasət aparmağa başladılar. Ancaq indi müşahidə edirlər ki, Güneydə milli hərəkat ayaq tutur. Azərbaycan Respublikası da gündən günə inkişaf edir, yəni onların qorxduğu hadisə bir cərəyan halında inkişaf edir. Prosesin nəticəsi isə iradənin və haqqın qüdrətə qələbə çalmasıdır. Bütün bunlar İran rejimini yenidən aqressivləşməsinə səbəb olur. Elə buna görə İran rejimi təbliğat nəticəsində Azərbaycan gənclərinin din, əxlaq, ideologiya, vətənpərvərlik və siyasətə baxışlarını İranın marağlarına uyğun şəkildə, bir strateji hədəf kimi dəyişməyə çalışır, eyni zamanda Azərbaycanı islam dünyasının gözündən salmaq üçün şər-böhtan yağdırmağa can atır. Mənə elə gəlir ki, İran gələcək illərdə dünya azərbaycanlılarının haqlı istəklərindən irəli gələn yumşaq gücünü önləmək üçün, inkişaf etməkdə olan milli şüuru proses halından çıxarmağa çalışacaq və özünün qüdrətli olduğu istiqamətlərə yönəldəcək. Qısaca desək, İran ideologiyada uduzduğunu hiss etdikcə daha da aqresivləşəcək. İkinci məsələ ondan ibarətdir ki, İran 10 illərdir ölkə əhalisini dünyadan qoruyur və təcridetmə siyasəti aparır. Azərbaycan mediası isə həm azad mediadır, həmdə İranın böyük hissəsində başa düşülən dildədir. Azərbaycan kütləvi informasiya vasitələrinin azad çıxışları İran rejimi üçün dinamit kəlamlarla doludur və rejimin apardığı təcridetmə siyasətini aradan qaldırır. Hesab edirəm ki, köklü məsələlərlə yanaşı, İran rəhbərliyi Azərbaycan mediasından da qıcıqlanır. - Ancaq Azərbaycan Respublikasının İrana münasibətdə siyasəti barışıq və mehriban qonşuluq prinsipinə dayanır. Hətta İranla Qərb ölkələri arasında gedən gərginliklərdə Azərbaycan İrana uyğun bir mövqe tutur... - Bilirsiz, necə ki uşaq gecə yaxınlaşdıqca, qaranlığın gizliliyindən və sehrindən qorxar, İranın da Güney Azərbaycandan qorxusu uşağın qaranlıqdan qorxusuna oxşayır. Müstəqil Azərbaycanı Güney Azərbaycana siyasi nümunə görən İran, Azərbaycan Respublikasının İrana münasibəti üzərindən deyil, öz qorxuları üzərindən siyasət yeridir. Bu isə bəzən Quzey Azərbaycanlılar üçün anlaşılmaz görünür. Lakin biz bilməliyik ki, İranın Azərbaycan siyasəti, Azərbaycanın mövqeyindən asılı olmayaraq, hər zaman aysberqə (buzdağı) oxşar bir siyasət olacaq. Onun görünən kiçik hissəsi qonşuluq və qardaşlıq görünümü olacaq, amma görünməyən əsas hissəsi hər zaman Azərbaycana qarşı yönələcək. Azərbaycançılıq məfkurəsi böyüdükcə biz buna daha çox şahid olacağıq. - Milli hüquqlarla bağlı İran tərəfi deyir ki azərbaycanlılar özləri ana dilində məktəbin olmasını istəmir və s. Bu barədə nə deyərdiniz? - Milli Hərəkatın çox populyar şüarları var. Təkcə “Traxtur” futbol takımının müsabiqələrini izləməklə bu suala cavab tapmaq olar. “Haray Haray mən türkəm”, “türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Ana dilim ölən deyil, Fars dilinə dönən deyil” və ... kimi şüarlar milli hüquq deyil bəs nəyi tələb edir?! Yaxud Qarabağla bağlı hər bir fürsətdə səsləndirilən şüarlar milli kimlik davasından başqa nəyə işarə ola bilər?! Ona görə də, rejimin bu kimi açıqlamaları tamamilə absurddur. Lakin azda olsa bəzi soydaşlarımız öz kimliklərini itiriblər. Amma nə üçün?! Bütün bu sualların cavabı dövlətin assimilasya siyasəti deyilmi?! - Nəbi bəy, Güney Azərbaycana səfər edən bir çox azərbaycanlı deyir ki, güneylilər çox dəyişiblər. Milli şüur genişmiqyasda inkişaf edib. Bu həqiqətdirmi? - Bunu müxtəlif aspektlərdən (cəhətlərdən) izah etmək olar. Ancaq siyasi-fəlsəfi mövzumuza uyğun olaraq deyərdin ki, həqiqətən də Güney Azərbaycanda ciddi dəyişiklik var. Bu dəyişiklikdə milli fəalların xüsusi zəhməti ilə yanaşı qlobal hadisələr və Azərbaycan Respublikasının istiqlalının təsirini xüsusi vurğulamaq lazımdır. Güneylilərin şüurunda inqilabi bir dəyişiklik var. Bu bir həqiqətdir. İnqilabi dəyişiklik dedim ona görə ki, artıq insanlarımız Azərbaycan həqiqətləri ilə sifətlənib və kimlik nöqtəsində statusları dəyişilməkdədir. İran kimliyi getdikcə süstləşir və Azərbaycan kimliyi önə çıxır. Keçmişlə fərqli olaraq İndiki inqilabi dəyişiklik ondan ibarətdir ki, indi insanalarımız nəinki “inanırlar” Azərbaycan qurulmalıdır, onlar artıq “bilirlər” ki, Azərbaycan qurulmalıdır. “İnanmaqdan” “bilməyə” keçmək köklü bir fəlsəfi dəyişiklikdir. Hər inamın yaxasında bir şübhə var. Lakin bilməkdə bu şübhə yoxdur. İnamda olan şübhə maneə və məhdudiyyətdir. Azərbaycan müstəqil olmadan öncə fars şovinizmi elə təbliğ etmişdi ki, guya Azərbaycan dövləti qurula bilməz, bu dildə təhsil olmaz, Azərbaycan öz iqtisadiyyatını qura bilməz və s... Buna baxmayaraq biz dövlətçiliyə inanırdıq. Ancaq bu yetmirdi. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra artıq bütün şübhələr aradan qalxdı və inamlarımız gerçəyə çevrildi. İstiqlaliyyət hər bir azərbaycanlını “daxili bilik” sahibi elədi. İndi hər bir soydaşımızın fars şovinizminin hiyləsi qarşısında tab gətirəcək daxili imkanı var və bütün bunlar Azərbaycanımızın istiqlalı və onun dövlətçiliyinin möhkəmlənməsi ilə bağlıdır. - Güney Azərbaycan milli hərəkatında nələrin dəyişməsini və ya islah olmasını istəyərdiniz? - Təssüflə çatışmamazlıqlar çoxdur. Fikrimcə onlardan ən əsası Milli Hərəkatın din və mənəviyyatla sərhəddinin müəyyənləşməmək məsələsidir. Milli Hərəkat bəzi siyasi mülahizələrə görə mənəvi dəyərləri kölgəyə salmaq kimi bir tutumdan uzaq olmalıdır. Fikrimcə, bu sahədə dərin boşluq var. Bir sözlə desək, milli düşüncə maddi və mənəvi dünyanı dərk etmək üçün yetərli olmayana qədər, nəzərdə tutduğumuz proses ləngiyəcək. Azərbaycan ideologiya və məfkurə baxımından keçid mərhələsini başa vura bilməyəcək və uzun illər elə keçid mərhələsində qalacaq. Ümid edirəm ki, Milli Hərəkat həyəcan dövrünü tezliklə başa vuravaq və milli zəmində rasional düşüncə formalaşacaq. Abuzər Azəroğlu Geri dön |