Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda Tarif Siyasəti Şurası yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Türk dünyası-Turan > Qazaxıstanda Tarif Siyasəti Şurası yaradılacaq

Qazaxıstanda Tarif Siyasəti Şurası yaradılacaq


Qazaxıstanda tariflərin formalaşmasında şəffaflığın artırılması və ictimaiyyətin prosesə cəlb edilməsi üçün bir neçə institutun yaradılması nəzərdə tutulur.
Bu barədə ölkənin milli iqtisadiyyat nazirinin müavini Serik Jumanqarin bildirib.
Nazir müavini Məclisdə “Təbii inhisarlar haqqında” qanun layihəsinin təqdimatında qeyd edib ki, tarif formalaşmasının şəffaflığı barədə səlahiyyətli orqandan çoxlu şikayətlər var.
Onun sözlərinə görə, Tarif Siyasəti Şurası adlı yeni struktur təbii inhisarçılıq sahəsində tarif siyasətinin əsas istiqamətlərinin inkişafına dair təkliflərin hazırlanması üzrə məsləhətçi orqandır: “Tarif Siyasəti Şurası tarif tənzimlə metodunun müəyyən edilməsi üçün təkliflər verəcək, Şuranın təbii inhisar subyektlərinin investisiya proqramlarının layihələrinə tövsiyələr vermək, hazırkı proqramlarda dəyişikliklər aparılması, göstərilən xidmətlərin keyfiyyətində etibarlılığa nail olmaq və digər məsələlərə baxacaq".
Tarif Siyasəti Şurasında deputatlar, Milli Sahibkarlar Palatasının nümayəndələri, ictimai təşkilatlar və müstəqil ekspertlər iştirak edəcəklər.

Geri dön