Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Yapon apelsini”, yaxud MÜDRİKLƏRİN QİDASI...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > “Yapon apelsini”, yaxud MÜDRİKLƏRİN QİDASI...

“Yapon apelsini”, yaxud MÜDRİKLƏRİN QİDASI...


Orqanizm üçün bir çox faydaları olan kinkan meyvəsini həm də “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub.
Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda kinkan meyvəsinin faydalarını təqdim edir.

Kinkanın tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin, kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə olduqca zəngindir.

Kinkan meyvəsinin faydalı xüsusiyyətlərindən biri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərməsidir. Stressə qarşı mübarizədə bu meyvə effektli vasitələrdən biridir. O sinirləri sakitləşdirməklə yanaşı, yorğunluğu aradan qaldırır, fiziki və zehni fəaliyyət zamanı məhsuldarlığı artırır.

Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar.

Kiçik meyvənin böyük faydalarından biri də odur ki, o, orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır.

Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır.

Kalsiumla zəngin olduğndan sümüklər üçün olduqca faydalıdır.

Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini acanlaşdıraraq yaxşılaşdırır.

Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir.

Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır. Bu cövhəri hazırlamaq üçün 500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir.

Kinkan meyvəsinin tərkibində infeksiyalara qarşı mübarizə aparmağa kömək edən maddələr var ki, soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəlikləri zamanı o sağalmanı tezləşdirir.

Mütəxəssislər kinkan meyvəsini qabıqlı istifadə etməyi məsləhət görürlər.

Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.

Kiçik meyvənin böyük faydalarından bəhrələnmək istəyirsinizsə, kinkanı qida rasionunuza daxil edin.

Geri dön