Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkçülük ideyası Macarıstanı qorxuya saldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkçülük ideyası Macarıstanı qorxuya saldı

Türkçülük ideyası Macarıstanı qorxuya saldı


Macar milliyyətçiliyi ideyasını müdafiə edən Jobbik Partiyasının lideri Qabor Vonanın 4 il əvvəl Türkiyədə söylədiyi “Yanlışa cəsur şəkildə qarşı çıxan və Allahdan başqa keç kimdən qorxmayan Atillanın nəvələriyik” cümləsi Macarıstanda son dövrlərin ən böyük seçki şüarına çevrilib. Macarıstanda 2018-ci ilin aprelində keçiriləcək seçkilərdən əvvəl aparılan araşdırmalar Jobbik Partiyasının ən çox səs toplayan ikinci siyasi partiya olacağını və ölkədə ana müxalifət mövqeyi qazanacağını göstərib.

Jobbik Partiyasının iqtidardakı Fidesz Partiyasının əsas rəqibi olduğu ortaya çıxandan sonra ölkədəki iqtidaryönlü mətbuat orqanları daha çox milliyyətçilərlə bağlı iddiaları işıqlandırmağa başlayıb.

İqtidar mətbuatı partiya sədri Qabor Vonanı dinini dəyişərək müsəlmanlığı seçməkdə, Macarıstanın xarici siyasətində dəyişiklik edib Qərb əvəzinə Şərqə meyillənərək Türkiyə ilə strateji müttəfiqlik yaratmağa çalışmaqda ittiham edib.

Hakim partiya rəsmiləri bir qədər də sərt çıxışlar edərək Vonanın partiyasında faşizm meyillərinin olduğunu bildirib.

Geri dön