Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dünya Səhiyyə Təşkilatı avropalılar üçün qriplə bağlı həyəcan təbili çalır
Dünya Səhiyyə Təşkilatı avropalılar üçün qriplə bağlı həyəcan təbili çalır |
Avropa ölkələrinin bir çox sakini mövsümi qripə qarşı peyvənd olunmur. Dünya Səhiyyə Təşkilatına (DST) üzv olan Avropa regionu ölkələrinin yarısında yaşı 65-dən yuxarı olan sakinlərin üçdəbirindən azı vaksinləşdirilib. Bununla yanaşı, mövsümi qrip nəticəsində əmələ gələn respirator xəstəliklərdən ildə təxminən 44 min insan dünyasını dəyişir. Ölüm hallarının təqribən 75 faizi yaşlı nəslin payına düşür.
Son 7 il ərzində yüksək risk qrupuna daxil olan insanların – yaşlıların, uşaqların və xroniki xəstəlikləri olan sakinlərin qripə qarşı vaksinləşdirilməsi xeyli azalıb. Ekspertlər ehtiyat edirlər ki, Avropada mövsümi qripə qarşı vaksinləşdirməyə tələbatın azlığı pandemiya halında ciddi mənfi nəticələrə gətirib çıxara bilər. DST-nin Avropa Regional Bürosunun direktoru bildirib ki, vaksinləşdirmə qrip virusunun əmələ gətirdiyi ağır xəstəliyə qarşı daha effektiv üsuldur. Lakin apardığımız tədqiqatlar göstərir ki, Avropa regionu ölkələrinin bəzilərində vaksinləşdirməyə tələbat azalır. Ekspertlər narahatdırlar ki, ölkələrin bəzilərində həm qripə qarşı peyvənd olunmaq istəyənlərin sayı, həm də vaksin ehtiyatı azalıb. Çünki alınan vaksinlərin həcmi tələbdən asılıdır. Bununla belə, 2017/2018-ci qrip mövsümü özünün pik nöqtəsinə Qərbi Avropada çatıb, bəzi ölkələrdə ağır halların çox sürətli artımı müşahidə olunur. Ölkələrin bəziləri yaşlı insanlar arasında anomal yüksək ölüm hallarının olması barədə xəbər verirlər. Geri dön |