Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan güləşçiləri Avropa çempionatında iki bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri Avropa çempionatında iki bürünc medal qazanıblar |
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Çempionatın beşinci günündə yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində görüşlər keçirilib. Güləşçilərimiz bu günü 2 bürünc medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 50 kq çəkidə mübarizə aparan Murad Bazarov ilk görüşdə bolqar Detelin Dimitrov (2:0, 4:0), ardınca erməni güləşçi Rudik Mkrtçyan (2:0, 6:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinal görüşündə rusiyalı Artur Labazanovla gərgin keçən görüşdə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Rumıniyalı Aleksandr Botezə heç bir şans verməyən (2:0, 6:0) Murad Bazarov gənclər arasında Avropa üçüncüsü olub. 74 kq çəki dərəcəsində təmsilçimiz Şamil Ertuqanov ardıcılı olaraq İtaliya, Danimarka və Ukraynadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı İslam Çarayevə (3:1, 1:0) uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli Doğan Göktaşla gərgin keçən görüşdən (2:0, 0:6, 0:1) qalib ayrılan Şamil Ertuqanov Avropa çempionatının bürünc medalını qazanıb. 96 kq çəkidə mübarizə aparan Hacımurad Çöpsiyev Avropa çempionatını 5-ci sırada tamamlayıb. İlk görüşdə serbiyalı güləşçini məğlub edən təmsilçimiz ikinci görüşdə rus Musa Evloyevə uduzub. Rusiyalı güləşçi finala çıxdığından təmsilçimiz təsəlliverici görüşlərə qatılıb və medal şansını saxlayıb. Təsəlliverici görüşdə bolqar güləşçi üzərində rahat qələbə qazansa da, Hacımurad Çöpsiyev bürünc medal görüşündə (0:1, 0:1) minimal hesabla uduzub. Avropa çempionatında yunan-Roma güləşçilərinin ilk günkü mübarizəsində yığmamız 2 bürünc medal qazanıb. İyunun 24-də gənclərin Avropa çempionatında 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Geri dön |