Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait |
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovun və baş həkimin müavini İlkay Əliyevanın “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap olunub.
Muxtar respublikadakı bağçalarda və məktəblərdə çalışan tibb işçilərinin stolüstü kitabı olacaq metodik vəsait səhiyyə maarifi xarakteri daşıyır. Yeni nəşrdə məktəblərdə fəaliyyət göstərən tibb işçilərinin vəzifələrindən bəhs olunarkən bildirilir ki, tibb məntəqəsinin həkim və tibb bacısı məktəbdə təhsil alan şagirdlərin sağlamlıqlarına nəzarət etməklə yanaşı, şagirdlərin tibbi maariflənməsinə, məktəbdə sanitar-gigiyenik tədbirlərin aparılmasına, epidemioloji rejimin qorunmasına ciddi diqqət yetirməlidirlər. Onlar cari və profilaktik tədbirlərin həyata keçirilməsinə, məktəbdə satılan və hazırlanan ərzaqların təhlükəsizliyinə nəzarət etməli, hər gün şagirdlərin sağlamlıq vəziyyəti ilə maraqlanmalıdırlar. Kitab Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri üçün də nəzərdə tutulub. Geri dön |