Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Türk dünyası-Turan > Azərbaycanın və Türkiyənin sahibkar qadınları görüşüblər
Azərbaycanın və Türkiyənin sahibkar qadınları görüşüblər |
Azərbaycan Respublikası “Sahibkar Qadınlar” İctimai Birliyi tərəfindən fevralın 15-də Türkiyənin ANGİKAD işgüzar qadınlar təşkilatının idarə heyətinin sədri Yeşim Bellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Əməkdar İncəsənət Xadimi, modelyer Fəxriyyə Xələfovanın “Nuray” ətir kolleksiyası və gənc rəssam Aygün Nağıyevanın dekorativ tətbiqi sənət əsərlərinin sərgisi ilə tanış olublar. Birliyin sədri Zemfira Ağayeva Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətindən danışıb. Sahibkarlığın inkişafına dövlət dəstəyinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Z.Ağayeva hazırda bu işin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, dövlətimizin başçısının imzaladığı fərmanlar özəl sektorun inkişafını daha da sürətləndirməyə təkan verib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının sahibkarlığın inkişafında mühüm rolu var. Z.Ağayeva 2001-ci ildən yaranan birliyin beş mindən çox üzvü olduğunu və onların 60 faizini gənclərin təşkil etdiyini söyləyib. Türkiyənin ANGİKAD işgüzar qadınlar təşkilatının idarə heyətinin sədri Yeşim Belli rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində belə görüşlərin mühüm rolunu qeyd edib. Modelyer Fəxriyyə Xələfova qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışıb. Sonda “Sahibkar Qadınlar” İctimai Birliyi ilə və ANGİKAD işgüzar qadınlar təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Birliyin sədri Zemfira Ağayeva və ANGİKAD təşkilatının idarə heyətinin sədri Yeşim Belli imzalayıblar. Geri dön |