Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Avropa Şurası ilə hüquqi sahədə səmərəli əməkdaşlıq davam edir
Avropa Şurası ilə hüquqi sahədə səmərəli əməkdaşlıq davam edir |
“Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihənin təqdimat konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobovun və Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyesin ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşü keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir müavini Z.Hernyesi təbrik edərək ona uğurlu fəaliyyət arzulayıb. Nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yeni məhkəmələrin və məhkəmə təsisatlarının yaradılması, hakimlərin sayının artırılması, elektron məhkəmə informasiya sisteminin tətbiqi və infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışıb. Eyni zamanda, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunaraq hazırda növbəti seçimin aparılması barədə məlumat verilib. A.Cəfərov dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunaraq, bu mühüm sənədin icrası üzrə görülən qanunvericilik və institusional tədbirlərdən danışıb. Bildirib ki, Avropa Şurası ilə birgə həyata keçirilən, hakimlərin və digər hüquqşünasların insan hüquqları üzrə treninqini əhatə edən layihə öz müsbət nəticələrini verir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Avropa Şurasının ölkəmizlə müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyən qonaqlar Ədliyyə Nazirliyinin vacib tərəfdaş olduğunu, Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinin Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, o cümlədən “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görüldüyünü vurğulayıblar. Qonaqlar elektron məhkəmə sisteminin digər ölkələr üçün maraqlı təcrübə olduğunu qeyd edərək, yaxşı praktikaların mübadiləsinin əhəmiyyətinə toxunublar. Avropa Şurasının nümayəndələri, həmçinin əlaqələrin genişləndirilməsində, Ədliyyə Akademiyası ilə birgə insan hüquqlarının tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və tətbiqi, Avropa Məhkəməsinə tədris səfərlərinin, həmçinin Məhkəmənin hakimlərinin və hüquqşünaslarının iştirakı ilə videokonfrans vasitəsilə distant təlimlərin təşkili sahəsində uğurlu layihənin bundan sonra da davam etdirilməsində maraqlı olduğunu qeyd edib, qanunvericiliyin, məhkəmə təcrübəsinin təhlilini və tədris tədbirlərini nəzərdə tutan yeni layihənin perspektivlərindən danışıblar. Görüşdə, həmçinin əməkdaşlığın prioritetləri müzakirə olunub, o cümlədən probasiya və mediasiya institutlarının tətbiqi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası və əməkdaşlıq edilə bilən digər sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb. Geri dön |