Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mənsurə Qaçayqızı: -GÖRÜNƏN YOL-
Mənsurə Qaçayqızı: -GÖRÜNƏN YOL- |
Bir ay ötür “Evrovision” mahnı yarışmasından. Düz bir ay...
Halbuki bir il məmləkətdə diqqət mərkəzində, maraq dairəsində oldu... Çox şeylər yaşandı, çox fikirlər səsləndi bu bir ildə. Hərə özünün baxış bucağından yanaşdı bu məsələyə. Qonaqların qarşılanması məsələsindən, “axı, bu bizim nəyimizə lazımdır” deyənlərin fikirlərinə qədər... Dilənçilərin şəhərdən yığışdırılmasından, küçələrin daş divarlarının sökülməsinə qədər... Yolların qazılmasından, bulvarın bəzədilməsinə qədər.... Tıxaclarda əsəblərin pozulmasından, bircə bitib getsəydi deyə, günlərin sayılmasına qədər... Dünyanın diqqəti Azərbaycana yönələcək deyənlərdən, “Qarabağ ermənilərdə, bizə mahnı yarışması yaraşırmı” deyənlərə qədər. Mətbuata bol-bol mövzu verəcək qədər, efirləri bəzəyəcək qədər şou yaratdı Evrovision mahnı yarışması.... “Evrovision” mahnı yarışması Azərbaycana gəldi və getdi... Yaddaşlarda nə qaldı bu yarışmadan ?!... Lorenin birinciliyimi, dəbdəbəli “Kristal” zalmı, xərclənən pullarımı, evdar qadınların mətbəx söhbətinə çevrilmiş verlişlərmi və ya dünyanın diqqətində hansı tərəfdən diqqət mərkəzində olmağımızmı?! Axı, nə qaldı bu yarışmadan?! Bu məsələdə də hərə öz yanaşmasından çıxış edə bilər... Hərə bir nüansın əhəmiyyətindən və ya mənfi tərəfindən danışa bilər. Təbii ki, hər bir hadisənin mənfi və müsbət tərəfləri var. Şəxsən dünyanın marağını cəlb edən, bu qədər hay-küyə səbəb olan mahnı yarışmasında müşahidəçi mövqeyində idim desəm, yanılmaram. Çoxları kimi, Azərbaycanın adı harda varsa fəxrim deyə düşündüm, qürur duydum, amma içimdə Qarabağ acısını yaşayan biri kimi sevincin tamlığını hiss edə bilmədim... O zaman məmləkətdə hər hansı uğura tam mənada sevinmək olar ki, itirilmiş torpaqlarımızın sahibi olaq... Hələlik hər bir sevincimizi kəsirlə yaşayırıq. Bunu etiraf etməyə borcluyuq məncə... Boş zamanımda İşərişəhəri gəzmək, qala divarları arasında tarixin izinə düşmək, düşünmək, daşların daş yaddaşını vərəqləmək şakərimdi... Iki gün qalırdı mahnı yarışmasına. Milli ornomentlərə tamaşa etmək üçün İçərişəhərə yollandım. Bir az İçərişəhəri gəzdikdən sonra sahilə endim... Sahil qələbəlik, hər yer göz oxşayır. Nə turistlərin hay-küyü, nə bulvarın gözəlliyi, nə dəniz, heç nə ruhumu oxşamadı. Qələbəlik içində tənha dolanmağa başladım. Amma yox, nəsə olmalıdı, nəsə... Musiqi səsi diqqətimi yayındırdı. Bulvarın ortasında düzəldimiş açıq səhnədən Dj- lər adamları səhnənin ətrafına səsləyirdi. Çox keçmədi ətraf a yüzülərlə gənc .yığışdı. Kim istəsə səhnəyə çıxıb, ürəyi istəyən mahnıdan bir parça ifa edə bilər... Səsin olub-olmaması önəmli deyil... Bu gözlənilməz təklif gənclərin içərisində coşqu yaratdı... Kənarda dayanıb gəncləri müşahidə etməyə başladım. Qınaq obyektinə çevirdiyimiz gəncliyimizdən nə gözlənilir? Nə oxuyacaqlar? Gəncliyin iç səsi nədi? Nə düşündürür onları? Azmı görmüşük qocalar evinə gedən müğənninin toy mahnısı oxumasını, məktəbə şagirdlərlə görüşə gedən şairin, sevgi şeirlərini söyləməsini? Zaman su kimi axırdı... Çoşqu, həyacan, əsl mahnı yarışması. Ən böyük səhnə bu idi, bu səhnə... Bu anı ən böyük səhnələr belə yaşaya bilməzdi bəlkə. Çırpınırdı Qara dəniz, Sarı gəlin, Qara gilə, Vətən haraylı mahnılar... Yaşasın Azərbaycan... Qəribədir təsadüfən, insan axınının içərisindən səhnəyə çıxan hər bir gənc vətənpərvər mahnı oxudu. Mahnı mahnını əvəz etdi... Azərbaycan bayrağı əllərdə dalğalandı... Hamı Vətən deyə bağırdı.... Dinləyənlərin gözlərindən sevinc yaşları axırdı. Bu idi Azərbaycan gəncliyi... Bu idi dünyaya səs salacaq mahnı yarışması... Bu idi qələbəyə gedən yol.... Axtardığımı tapmışdım... *** ... “Evrovision” mahnı yarışmasının başlanmasından yarım saat ötürdü. Dostlarımdan biri zəng etdi. - Evrovisiona baxırsan? - Yox. - dedim. - Kaş deyərdim sənə. Sahildəyik. Burda bir qələbəlik var ki. Bulvar dağılır. Millətin ruhunu bir görsən... Yağış damcıladı, çıx çölə bax, - dedi. Pəncərədən bayıra baxdım. Yağiş çisəkləyirdi.... Qarşıda Qarabağa, Təbrizə, Turana gedən yol yol görünürdü... Geri dön |